Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda kişi sevgilisini döyüb.
Tezadlar.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, Gürcüstan vətəndaşı 44 yaşlı Yavər Musayev (ad və soyad şərtidir) qeyri-rəsmi nikahda olduğu qadınla mübahisə edib. Mübahisəyə səbəb qadının ondan pul istəməsi olub. Münaqişə zamanı Yavər əli ilə qadının başına vuraraq, xəsarət yetirib.
Faktla bağlı Yavər saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Yavər Musayev məsuliyyətdən azad edilib.