18 May 2026 / 19:18

Bakıda WUF13 çərçivəsində Azərbaycan və YUNESKO-nun Dünya İrs Mərkəzi arasında görüş

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qatılan YUNESKO-nun Dünya İrs Mərkəzinin (World Heritage Centre) direktoru Lazare Eloundou Assomo Azərbaycan mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov və Səadət Yusifova ilə görüşüb.

Bu barədə Tezadlar.az məlumat verir.

Söhbət zamanı WUF13 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycanda, xüsusilə də onun işğaldan azad olunan ərazilərində müasir şəhərsalmanın uğurlu həllərindən geniş istifadə edilir.

Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib, Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə Dünya İrs Mərkəzi arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!