Balakəndə əməliyyat: Hara qaçırsan?
Polis əməkdaşlarının dron vasitəsilə keçirdiyi tədbirlərlə cinayətkar fəaliyyət aşkarlanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial media hesabında bildirib.
“Dağlıq ərazidə gizli şəkildə narkotik bitkiləri əkib-becərən şəxslər məsuliyyətdən yayınacaqlarını düşünürdülər. Lakin polis əməkdaşlarının dron vasitəsilə keçirdiyi tədbirlərlə cinayətkar fəaliyyət aşkarlanıb.
Görüntüləri qeydə alınan plantasiyadan silahlı şəxslər qaçmağa cəhd etsələr də saxlanılaraq məsuliyyətə cəlb olunublar”, – deyə qeyd edib.
JASMİN

