Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin mart ayında Azərbaycanda ən çox meyvə və tərəvəz bahalaşıb, yumurta isə ucuzlaşıb.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb.
Bununla yanaşı, balıq və balıq məhsulları 1,5%, süd və süd məhsulları 0,6%, çörək, çörək məmulatları və yarmalar 0,7% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsullarının qiyməti 0,2%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər, çay, qəhvə və kakao, həmçinin mineral sular və şirələr üzrə qiymətlər 0,3% artıb. Alkoqollu içkilər isə 0,5% bahalaşıb.
Hesabat ayında ən çox ucuzlaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, mart ayında yumurtanın qiyməti fevral ayı ilə müqayisədə 2,9% azalıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.