Əsas məzmuna keç

Balıqçılar Astarada yoxa çıxdı-DƏNİZDƏ

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub. Bu barədə tezadlar.az-a  FHN-in Mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…