Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 23:19

“Bank of Baku”da Xarici Pul Köçürmələrində endirim

Bankxarici ölkəxarici pul köçürmələri edən müştərilər “Bank of Baku”da bu əməliyyatı sərfəli tariflərlə yerinə yetirə bilərlər.

Tezadlar.az xəbər verir ki, “Bank of Baku” ABŞ dolları üzrə ölkəxarici pulköçürmə tariflərinə endirim edərək komissiyanı 0.2 % olaraq müəyyənləşdirib. Üstəlik, minimal komissiya məbləği 15 ABŞ dollarına qədər endirilib, maksimum komissiya məbləği isə 250 ABŞ dolları təşkil edir.

Bu rəqəmlər həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən pul köçürmələri üçün keçərlidir. Eyni zamanda, qeyd olunan şərtlərlə həm “Bank of Baku” filiallarından, həm də İnternet Bankçılıq vasitəsilə pul köçürməsi etmək mümkündür.

Qeyd edək ki, “Bank of Baku”da avtomobilin alışı, daşınması və digər köçürmələrlə əlaqədar komissiya şərtləri dəyişilməz olaraq qalır.

Əlavə olaraq bildirək ki, hazırda “Bank of Baku”da MDB və digər xarici ölkələrə təcili pul köçürməyə imkanı verən “Western Union”, əhatə dairəsi Türkiyə olan “UPT” və s. ödəniş sistemləri də aktivdir.

“Bank of Baku”nun digər məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, eləcə də bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!