Əsas məzmuna keç

Baqir Qalibaf İranın ABŞ və İsrailə hərbi və siyasi baxımdan qalib gəldiyini bəyan edib

Məhəmməd Baqir Qalibaf

İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar.

Bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib.

“Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəlmişik”, – deyə o bildirib.

Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas tutur ki, ABŞ və İsrail münaqişənin əvvəlində qarşılarına qoyduqları məqsədlərə nail ola bilməyiblər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…