Əsas məzmuna keç

Barda baş verən atışmada altı nəfər ölüb

Səkkiz nəfər də yaralanıb

Meksikanın Tula şəhərindəki barda baş verən atışmada altı nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə “El Universal” qəzeti xəbər verib.

El Llano məhəlləsində yerləşən bara yeddi silahlı şəxs basqın edib. Onlar R-15 tüfəngləri ilə müştərilərə atəş açaraq qaçıblar.

“Baş Prokurorluğun məlumatına görə, hücum nəticəsində altı nəfər həlak olub: şəxsiyyətləri müəyyən edilməyən beş kişi və bir qadın”, – nəşr bildirib.

Səkkiz nəfər də yaralanıb.

Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb və cinayətkarları axtarır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…