Əsas məzmuna keç

BAYDEN ADMİNİSTRASİYASI TÜRKİYƏNİ RUSİYA VƏ HƏMAS-A KÖMƏK ETMƏMƏYƏ ÇALIŞIR

“The Wall Street Journal” yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Türkiyəni Rusiya ilə ticarət əlaqələrinə son qoymağa və Fələstinin HƏMAS hərəkatının maliyyə fəaliyyətinə yardım etməyi dayandırmağa inandırmağa çalışır.

Belə ki, ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyə rəsmilərinə bildirib ki, onların hərəkətləri eyni anda iki qitədə “zorakılığa səbəb olur”.

“Həmasın gələcək hər hansı hücumunun Türkiyədə baş verən maliyyə vəsaitlərinin toplanması və ya yardımla əlaqələndirilməsi çox pis olardı”, – ABŞ nazirinin müavini deyib.

Nelson qeyd edib ki, Birləşmiş Ştatlar “bütün bunları dayandırmaq” üçün mümkün olan hər şeyi etməyə qərarlıdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…