“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib.
“Tezadlar.az” xəbər verir ki, məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, Q.Trifonov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.







