Əsas məzmuna keç

Bərdədə çayda faciə: Uşaq boğuldu, meyiti sudan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bu barədə “Tezadlar.az”a FHN-dən bildirilib.

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…