4 Dekabr 2025 / 13:28

Bəstəkarın oğlu sədr təyin olundu

Xalq artisti, bəstəkar Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin olunub.

Tezadlar.az  xəbər verir ki, Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Qeyd edək ki, Ülvi Mansurov 2012-2015-ci illərdə Britanıyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru ,  2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!