23 Dekabr 2025 / 16:36

Bəylər Eyyubovun qardaşı oğlu niyə həbs edildi?

Az əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham olunduğu məlum olub.
Tezadlar.az sosial media platformalarına istinadla bildirir ki, o,  Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir. Məhkəmənin qərarı Ruslan Eyyubovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq araşdırmaları davam edir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!