Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Muğlanın Bodrum şəhərində Milli Kəşfiyyat İdarəsi (MİT), polis və jandarma tərəfindən birgə əməliyyat zamanı narkotik cinayətləri ilə bağlı qırmızı bülletenlə beynəlxalq axtarışda olan alman vətəndaşı tutulub.
Tezadlar.az xəbər verir ki, narkotik cinayətləri ilə bağlı İnterpol-Avropol tərəfindən qırmızı bülletenlə axtarışda olan S.D.-nin Bodrumda olduğu barədə məlumat daxil olub.
Bunun ardınca MİT, polis və jandarma qruplarının birgə əməliyyatı nəticəsində şübhəlinin Turgutreis məhəlləsindəki Gümüşlük küçəsi yaxınlığında ola biləcəyi müəyyən edilib.
Bodrum Respublika Baş Prokurorluğu tərəfindən əlaqələndirilən istintaqın bir hissəsi olaraq şübhəlinin avtomobili Gürece məhəlləsindəki Cümhuriyyət Bulvarında tapılıb.
Qruplar tərəfindən fiziki müşahidədən sonra avtomobil saxlanılıb və şübhəli nəzarətə alınıb.
Nəqliyyat vasitəsinin və şübhəlinin üzərində aparılan axtarışlar zamanı 8 mobil telefon, 4 GSM xətti, 3 saat, iPad, 37.950 avro, 5.150 dollar, 6.050 İsveçrə frankı və 101.200 türk lirəsi müsadirə edilib.
Şübhəli şəxsə qarşı hüquqi və inzibati işlərin başlandığı məlum olub.
E.ŞİRİNOV