Əsas məzmuna keç

BİLƏSUVAR MƏRKƏZİ XƏSTƏXANASINA YENİ DİREKTOR TƏYİN OLUNUB

Biləsuvar rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi olub.

Məlumata görə, bununla bağlı TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Müvafiq əmrlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib.

Bundan əvvəl direktor vəzifəsində Xoşbəxt Ağayeva çalışıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…