7 Dekabr 2025 / 10:01

Biləsuvarda avtomobil kanala girdi- 5 nəfər öldü!

Bu gecə saat o 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Məlum olur ki, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin- 5 nəfər ölüb. Araşdırma aparılır. İlkin məlumata görə, sürücü yolun səmtini dəqiq müəyyən edə bilməyib, nəticədə belə bir bədbəxt hadisı baş verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!