Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

VII İmam Həzrət Museyi Kazım əleyhissəlamın qızı, VIII İmam Rzanın bacılarından biri olan Leyla xanım ziyərətgahı Bilgəh qəsəbəsində yerləşir. Ziyarətgah II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib və memarı isə Mahmud İbn Səidi olub.
Təəssüflər olsun ki, bu ziyarətgah dəfələrlə dağıntılara məruz qalıb. Buna səbəb zəlzələlər, sel basmaları və Çar rejiminin qadağalarının olması idi. Bu müqəddəs ocaq yerli camaatın sayəsində qorunaraq bu günlərə gətirilərək çıxarılmışdır.
1989-cu ildə tam təmir olunaraq fəaliyyəti bərpa edilən ziyarətgahın əsas ibadət zalının sahəsi 12×12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib.
İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir. Tavan sütunlar üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə birləşib. Yerdən tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək isə 10 metrdir. Günbəzdə iki gözlük qoyulub. Mehrabı üzərində ərəb dilində daş kitabə də həkk olunub. Məlumat üçün bildirək ki, VII İmam Muzeyi Kazımın övladlarından beş qızı o vaxt Kərbəlada tüğyan edən fəsadlardan, haqsızlıqlardan yaxa qurtarmaq üçün birləşərək yola çıxmışlar. Yola çıxan bacıların qarşısına çıxan imansızların sayəsində Məsumə xanım İranın Qum şəhəri istiqamətinə qaçır. Qeyd edək ki, Onun qəbri sözügedən şəhərdə dövlət səviyyəsində qorunmaqla ziyarətçilərin ixtiyarına verilib. Digər dörd bacı isə Azərbaycana gəlib çıxa bilmişlər. Hal-hazırda Hökümə xanmın qəbri Bibiheybət məscidində, Rəhimə xanımın qəbri Nardaranda, Xədicə xanımın qəbri isə Mərdəkanda yerləşən Pir Həsən ziyarətgahındadır.
Bu gün sözügedən ziyarətgahlar öz fəaliyyətini davam etdirməklə ziyarətçilərin ümid qapısına çevrilib.
Hazırladı: RÖVŞANƏ



