Birjalarda neft qiymətləri dəyişdi: “Azeri Light” da bahalaşdı

Oxunma sayı: 206

Dünya birjalarında neft bahalaşıb.

TEZADLAR.AZ  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar artaraq 65,01 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar artaraq 61,67 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 dollar və ya 1,44 faiz artaraq 67,57 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbəri paylaş

18 Aprel