Toyota, Ford, Honda – ən çox tövsiyə olunan işlənmiş avtomobillər siyahısı

Satış dəyəri yüksək olan etibarlı işlənmiş avtomobil almaq avtomobil sahibləri üçün ən ağıllı maliyyə qərarlarından biridir.  Tezadlar.az xarici mediaya istinadən bildirir ki, bu səbəbdən iSeeCars yeni kimi sürülə bilən 15 işlənmiş avtomobil modelini açıqlayıb. Ford F-150 Bu, sərnişinlərin rahat olması üçün bütün xüsusiyyətlərə malik orta ölçülü yük maşınıdır. Alıcılar F-150-ni bəyənirlər, çünki Fordun keyfiyyətinə, müxtəlif üslublara […]

“Prezident İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır”

“Prezident İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır”. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında yazıb. Xatırladırıq ki, Bakı vaxtilə bu gecə saat 00:05 radələrində üçtərəfli görüşün fəlsəfəsi açıqlanacaq.

Hansi Flik 1 oyunluq cəza aldı, 20 min avro cərimələndi

UEFA İntizam Komitəsi İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Fliki bir oyunluq diskvalifikasiya edib. Tezadlar.az xəbər verir ki, buna İtaliyada “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra almaniyalı mütəxəssisin əsas davranış prinsiplərini pozması və ədəb qaydalarına əməl etməməsi səbəb olub. O, 1 matçlıq cəzalandırılması ilə yanaşı 20 min avro cərimələnib. 60 yaşlı baş məşqçi […]

Xosrov kəndində bədbəxt hadisə – Gənc kişi yerindəcə öldü

Ağdaşda 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. TEzadlar.az xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini 1989-cu il təvəllüdlü Tahirov Saleh Əliağa oğlu ağır xəsarət alıb və adisə yerindəcə ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.

“Moda və interyer zövqünüzü doğum ayınız müəyyən edə bilər – əyləncəli proqnoz”

Məqalədə doğum ayının insanın moda, interyer və ümumi həyat tərzi zövqlərinə necə təsir göstərə biləcəyi haqqında bədii və əyləncəli bir yanaşma təqdim olunur. Bu proqnozlar elmi əsas daşımır, əyləncə xarakteri daşıyır. Tezadlar.az bu məlumatları təqdim edir: Yanvar – qaranlıq akademiya Yanvar ayında doğulanlar dərin düşüncəli, bilik axtarışında olan və zərif zövqlü olurlar. Tünd, boğuq rənglər, vin­tage […]

Türkanda dəniz faciəsi

Türkan qəsəbəsində dənizdə bir nəfər batıb. Bu barədə “Tezadlar.az”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

İsrail ordusu Qəzzada yüksək rütbəli silahlıları öldürdü

İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” qruplaşmasının iki səhra komandirinin öldürüldüyünü açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Dəqiq məhvetmə əməliyyatlarından birində “İslami Cihad” terror təşkilatının “Beyt Hanun” batalyonunun komandir müavini vəzifəsini tutan terrorçu Murad Naser Musa Əbu Carad öldürülüb. Digər analoji əməliyyat zamanı isə “Qəzza-şəhər” briqadasındakı tank əleyhinə qarşı […]

Mina qurbanları və əsirlər Ermənistan rəhbərlərindən məhkəmədə danışdılar

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Salat servisində qaşığın yeri haradır?

Gündəlik həyatda və ya bayram süfrələrində tez-tez salatların içərisinı qoyulan qaşıqlarla qarşılaşırıq. Bəziləri üçün bu rahat görünsə də, bu vərdiş nə mədəniyyətə, nə də gigiyenik qaydalara uyğun gəlmir. Mütəxəssislər belə bir davranışın həm sağlamlıq, həm də masanın ümumi estetik görüntüsü baxımından təhlükəli olduğunu bildirirlər. Tezadlar.az xəbər verir. Gigiyena baxımından təhlükə Salatlar adətən əl ilə qarışdırılır […]

“Canavarlar” yeni müdafiəçisini heyətinə qatdı

“Vulverhempton” AZ-ın müdafiəçisi Devid Meller Volfu transfer edib. Tezadlar.az-ın məlumatına görə, İngiltərə klubu 23 yaşlı norveçli futbolçu ilə beş illik müqavilə imzalayıb. Müqavilə viza alındıqdan sonra qüvvəyə minəcək. Məlumata görə, müqavilənin məbləği 12,1 milyon funt sterlinq təşkil edib. Volfun qolunda canavar döyməsi var. “Canavarlar” üçün mükəmməl transferdir! Meller Volf AZ-ın heyətində 92 oyun keçirib, 4 […]

Bakıda 23 yaşlı gəncin meyiti üzüm çardağında tapıldı

Bakıda meyit tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü Eyyubov Dəyanət Oruc oğlunun meyiti yaşadığı Bakı evin həyətində olan üzüm çardağında aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Əlcəzair–Fransa münasibətlərində strateji böhran

Əlcəzair və Fransa arasında gərginlik strateji münasibətlərin demək olar tamamilə pozulmasına səbəb ola bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Milli Xalq Assambleyasının (parlament) sədr müavini Süleyman Zərkani bildirib. “Əlcəzair və Fransa arasında münasibətlər uzun onilliklər ərzində saxlanılan strateji əlaqələrin demək olar tam qırılmasına çevrilə bilər. Lakin belə addımlar dövlətlər arasında yalnız öz […]

Prezident İlham Əliyevin Vaşinqton görüşlərinin vaxtı açıqlanıb

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 22:30) nəzərdə tutulub. Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. […]

Pentaqona narkotik kartellərinə qarşı hərbi güc tətbiqi üçün direktiv imzalanıb

ABŞ Prezidenti Donald Tramp gizli şəkildə Pentaqona Tramp administrasiyasının terror təşkilatı kimi tanıdığı bəzi Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq icazəsi verən direktivi imzalayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times”a məlumatlı mənbələr bildiriblər. Qəzet yazır ki, bu qərar administrasiyanın narkotik kartellərinə qarşı artan kampaniyasında ən ciddi addım olub […]

ABŞ və Böyük Britaniya rəsmiləri qeyri-rəsmi danışıqlar apardı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın bir neçə gündə ailəsi ilə birlikdə keçirəcəyi tətil üçün Böyük Britaniyaya gəlib. Tezadlar.az xəbər verir ki, o, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Londondan cənubda yerləşən şəhərkənarı iqamətgahı olan “Çivinq haus”da qalır. Qeyd olunur ki, siyasətçilər əvvəlcə balıq tutmağa gediblər. Daha sonra onlar Ukrayna, Qəzza zolağındakı münaqişə və […]

Tərtərdə “KamAZ” və minik maşını toqquşdu – 3 ölü

Tərtərdə ölümlə nəticələnən qəza baş verib. “Tezadlar.az”ın məlumatına görə, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan OPEL markalı minik maşını “KamAZ”la toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerində ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.  

Hikmət Hacıyev “X” hesabında sülh mesajı verdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” hesabında paylaşım edib. “Tezadlar.az” xəbər verir ki, paylaşımda deyilir: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!”.

Şəkidə itkin düşən 22 yaşlı qız tapıldı

Avqustun 3-də itkin düşən 22 yaşlı Şəki rayon sakini Səbinə Davudova polis əməkdaşları tərəfindən tapılıb.  Tezadlar.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

Prezident İlham Əliyevdən Rumıniyaya başsağlığı məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı ilə əlaqədar Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb. “Tezadlar.az” xəbər verir ki, məktubda deyilir: “Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi. İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq […]

LFC Fondu Jotanın şərəfinə futbolun inkişafı layihəsi başlayır

İngiltərənin “Liverpul” kollektivi vəfat etmiş hücumçusu Dioqo Jotanın adını daşıyan formasının satışından əldə olunan gəliri klubun xeyriyyə təşkilatı olan LFC Fonduna bağışlayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb. Fond Jotanın şərəfinə kütləvi futbolun inkişafı proqramı yaratmağı öhdəsinə götürüb. Qeyd edək ki, D.Jota iyulun 3-də avtomobil qəzasında həlak olub.

Kondisionerdən istifadə zamanı edilən ən böyük səhv

Yay istisində kondisioner, şübhəsiz ki, əsl xilas yoludur. Ancaq insanların çoxu bilmədən elə bir kritik səhv edir ki, bu, təkcə sağlamlığa zərər vermir, həm də cihazın effektivliyini xeyli azaldır. Tezadlar.az bununla bağlı məlumatları təqdim edir: Əsas səhv Ən yayılmış səhv otaqda çox aşağı temperatur təyin etməkdir. İstilikdə çoxları kondisioneri 18–20°C-ə qoyur ki, otaq tez soyusun. Amma […]

Çanaqqala aeroportu axşam saatlarında yenidən açılacaq

Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə yanğın başlayıb. Tezadlar.az  xəbər verir ki, “TRT “Haber” məlumat yayıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə əlaqədar olaraq aeroportun fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib. Qeyd olunub ki, Türkiyə saatı ilə 20:00-da (Bakı vaxt ilə 19:00) aeroportun fəaliyyəti bərpa ediləcək. Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə […]

Heydər Əliyev Aeroportunda Milli Qəhrəman Hökumə Əliyeva yad edildi

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub. “Tezadlar.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb. Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi […]

Putin və Tramp Romada görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş avqustun 11-də İtaliyanın paytaxtı Romada baş tuta bilər. “Tezadlar.az” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılıq əldə olunduğunu bildirmişdi. Bundan əvvəl […]

Novaya Zemlya yenidən nüvə sınaq meydanına çevrilir

Yaxın günlərdə Rusiya “Burevestnik” qitələrarası raketini Novaya Zemlya adasında sınaqdan keçirə bilər. Tezadlar.az bildirir ki, bu barədə “Barents Observer” nəşri məlumat yayıb. Məlumata görə, sınağın hazırlıqlarına artıq bir neçə həftədir başlanılıb. Xüsusilə, hərbçilər gizli yüklü gəmilərin və “Rosatom”a məxsus təyyarələrin gəlməsi üçün arxipelaqın qərb sahili boyunca 500 km-lik zonada hava məkanını bağlayıb. Qeyd edək ki, […]

Alimlər beynin vaxtından əvvəl qocalmasının səbəbini aşkar etdi

İnsan beyninin problemləri dünyanın müxtəlif ölkələrindən olan alimlərin daimi araşdırma mövzusudur. Son elmi tədqiqatlar beynimizin niyə tez qocaldığını ortaya qoyub. Yapon alimləri müəyyən ediblər ki, xüsusi bir genin – Setd8 geninin aktivliyinin azalması beynin vaxtından əvvəl qocalmasını və yaddaşın zəifləməsini tətikləyə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə xarici mediada yayımlanan araşdırmada deyilir. Alimlər siçanların beyin nümunələrini müxtəlif […]

Berk Oktay haqqında əxlaqsız təklif iddiaları gündəm oldu

Yıldız Çağrı Atiksoy və Berk Oktayın evliliyində problem yaranıb. Tezadlar.az  xəbər verir ki, onlar sosial şəbəkədə bir-birilərini izləmədən çıxarıblar. Gərginliyin səbəbi kimi, Berk Oktayın “Harman Yeri” serialındakı partnyoru Gülsim Ali ilə yaxınlığı iddia olunur. Bundan xəbər tutan Yıldız Çağrı Atiksoy ərinə sərt qarşılıq verib. Mətbuatda yer alan iddialardan sonra aktyor söz-söhbətə son qoymaq üçün həyat yoldaşı […]

Naxçıvan İpoteka Fondu qeyri-kommersiya təşkilatına çevrilir

“Naxçıvan İpoteka Fondu” ASC qeyri-kommersiya hüquqi şəxsinə çevrilərək yenidən təşkil olunur. “Tezadlar.az”ın yerli bürosu xəbər verir ki, bununla bağlı Muxtar Respublika Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Yeni hüquqi formaya keçidlə fond bütün hüquq və öhdəliklərini saxlanmaqla, əhalinin ipoteka kreditləri ilə təmin olunması və maliyyə resurslarının cəlbi istiqamətində fəaliyyətini davam etdirəcək. Təsisçilik […]

Putin bu il Hindistana səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tezadlar.az xəbər verir ki, bu barədə Modi “X” hesabında yazıb. Baş nazirin sözlərinə görə, onlar ətraflı söhbət aparıblar və Ukraynada son hadisələri müzakirə ediblər. “Biz həmçinin ikitərəfli gündəliyimizdəki irəliləyişləri nəzərdən keçirdik və Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqliyimizi təsdiq etdik. Prezident Putini bu […]

Daşkəsəndə qardaş bacısını baltaladı

Daşkəsəndə 30 yaşlı qadının qardaşı tərəfindən baltalanmasının bəzi təfərrüatları məlum olub. Tezadlar.az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, xəsarət alan 30 yaşlı Əfsanə Cəfərova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun iki övladı olub. Təxminən bir ay əvvəl isə onun daha bir övladı dünyaya gəlib. Bundan sonra qardaşla bacının arasında mübahisə yaranıb. Onların buna görə mübahisələri […]

Gözlərdəki dəyişikliklər ciddi xəstəliklərin xəbərçisi ola bilər

Göz formasındakı dəyişikliklər və ya görmə qabiliyyətinin zəifləməsi təkcə oftalmoloji problem deyil, həm də daxili orqanların fəaliyyətində pozuntu əlaməti ola bilər. Bu dəyişikliklər bəzən sağlamlığı və hətta həyatı xilas edə biləcək əlamətlərdir. Tezadlar.az xarici mediaya itinadən gözlərdəki problemlərlə bağlı xəbər verir. 1. Gözlərdə yanma hissi – ABŞ-lı həkim Amir Xan bildirib ki, gözlərdə yanma hissi qalxanabənzər vəzi […]

Putin Si Cinpinə Uitkoffla söhbətin nəticələri barədə danışıb

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinə telefonla ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətin əsas nəticələri barədə danışıb. Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “İki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlər ruhunda Rusiya Federasiyasının Prezidenti Çin Xalq Respublikasının prezidentinə avqustun 6-da ABŞ Prezidentinin xüsusi elçisi Stiven […]

Avropa İttifaqında Media Azadlığı Aktı qüvvəyə mindi

Avqustun 8-dən Avropa İttifaqında (Aİ) Avropa Media Azadlığı Aktı (EMFA) qüvvəyə minib. “Tezadlar.az”ın Avropa bürosunun məlumatına görə, Avropa Komissiyasının bəyanatında bildirilir ki, EMFA media şirkətləri, jurnalistlər və vətəndaşlar üçün bir çox üstünlükləri təmin edəcək. Lakin bir çox ekspertlər hesab edirlər ki, bundan çox şey gözləmək lazım deyil, siyasətçilər də ayrı-ayrı ölkələrin hökumətləri tərəfindən onun icrasına […]

Bərdə–Xankəndi avtobus reyslərinin sayı artırılır

“Böyük Qayıdış” proqramı çərçivəsində ötən ilin sentyabrında istifadəyə verilən Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayı artırılıb Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq […]

Qeyri-neft-qaz ixracı 11,4 % artaraq 2,1 milyard dollara çatdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 2,1 milyard ABŞ dolları təşkil edib. Tezadlar.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 23,9 % artaraq 689 milyon ABŞ dolları olub.

34 Ukrayna PUA-sı Rusiya bölgələri üzərində vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynanın 34 pilotsuz təyyarəsini vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 12:00-dan 15:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 34 sabit qanadlı PUA-nı məhv edib və ələ keçirib: 12-si Bryansk vilayəti ərazisində, 10-u Kaluqa vilayətində, 8-i Krasnodar vilayəti […]

“Beşiktaş” Yakub Arda Kılıçı icarəyə verdi

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Yakub Arda Kılıçı icarəyə verib. Tezadlar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. 20 yaşlı hücumçu 2025/2026 mövsümündə Serbiyanın “Novi Pazar” klubunda çıxış edəcək. Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi 2023-cü ildə əsas komandada debüt edib.

Vahid xəzinə hesabının 200 milyon manatı depozitə yerləşdirildi

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib. Bu barədə “Tezadlar.az”a nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 200 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin bir bankında 28 gün müddətinə, 7 % orta çəkili faiz […]

“Milli Qəhrəmanlarımız” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi uğurla davam edir. Xəbər verdiyimiz kimi, layihə çərçivəsində 2025-ci ildə yubileyləri tamam olan Milli Qəhrəmanlar haqqında iki videoçarx hazırlanmışdır. Növbəti 3-cü videoçarx Vətənin müdafiəsi kimi ən ülvü, ən müqəddəs vəzifəni yerinə yetirərkən əbədi ömür qazanan […]

Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq

Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Anna Kelli bildirib. “Bu sadəcə Ermənistanla bağlı deyil. Bu sadəcə Azərbaycanla da bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki, region prezident Trampla daha rifahlı və təhlükəsizdir”, – Ağ Evin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Tramp həm Azərbaycan, […]

Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb. “Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, – məlumatda bildirilib. IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. […]

Dərmansız baş ağrısını azaldan sadə üsullar

Bəzən baş ağrısı gözlənilmədən başlayır və əlinizin altında heç bir dərman olmur. Amma narahat olmağa dəyməz, vəziyyəti bir neçə dəqiqə ərzində yüngülləşdirmək üçün sadə və əlçatan üsullar var. Tezadlar.az bu barədə xarici mediaya istinadən xəbər verir. Güzgü qarşısında üz gimnastikası Üz əzələlərindəki gərginliyi azaltmaq üçün güzgü qarşısında bir neçə sadə hərəkət edin. Qaşlarınızı bir-bir, sonra isə […]

Yeni köçürülən sakinlərə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verildi

Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən ümumlikdə 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. Tezadlar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, yeni köçürülən Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib. Verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, […]

AQTA yoluxucu xəstəliklərə görə idxal qadağası tətbiq etdi

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyənin Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistanın Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstanın Köstəndil vilayətində, Polşanın Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali […]

Yunus Oğuzun “Nadir şah”ı yenidən satışda

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən “Nadir şah” romanı “Xan” nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib. Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə […]

Taksi sürücülərinin imtahanında 1151 namizəd uğur qazandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 8-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün keçirilən imtahandan 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Tezadlar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd imtahana […]

66 azərbaycanlı gənc ABŞ universitetlərində təhsil alacaq

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq. Tezadlar.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub. Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil […]

Leysan və dolu gözlənilir…

Şimal və qərb rayonlarından başlayaraq avqustun 10-u gündüz hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə […]

Lukaşenko: “Növbəti seçkilərdə namizəd olmayacağam”

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib. “Xeyr, mən artıq bunu planlaşdırmıram”, – A.Lukaşenko müvafiq suala cavab verib. O, həmçinin kiçik oğlu Nikolayı prezident vəzifəsində varisi kimi görmədiyini qeyd edib. “Xeyr, o varis deyil… Bu sualla onu çox incidə bilərsən”, – […]

Misir Mərdanov: Gənclər Qərbi Azərbaycanın təbliğində fəal olmalıdır

Gənclər Qərbi Azərbaycanın təbliğində, o regionun həqiqətlərini, tarixini və mədəniyyətini beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdırlar. “Tezadlar.az”ın Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan […]

Amerikalı reper Soçidə dron hücumunun şahidi olub

Amerikalı reper Akon (əsl adı – Alian Damala Tiam) Soçidə pilotsuz uçuş aparatlarının (PUA) hücumunun şahidi olub. Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Bu gün, avqustun 8-də pilotsuz təyyarələrin hücumu ilə əlaqədar Soçidə hava hücumu həyəcanı səslənib. İnsanlar yerli çimərliklərdən kütləvi şəkildə evakuasiya edilib. “Mash”-ın məlumatına görə, bu zaman sənətçinin […]

Levandovski zədələndi – “Barselona” hücumçusunu itirdi

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb. Tezadlar.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb. 36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları yaranıb. Bu səbəbdən o, bazar günü “Komo” (İtaliya) ilə keçiriləcək “Joan Gamper” Kubokunun (“Barcelona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniri) final oyununu buraxacaq. Qeyd […]

Toy günü ana eltisi tərəfindən zəhərləndi – VİDEO

Türkiyədə qeydə alınan hadisə görənləri dəhşətə gətirib. Tezadlar.az xəbər verir ki, Ankarada oğlunun toy günü ananın halı pisləşib. Məlum olub ki, onun gözəllik salonunda eltisi tərəfindən içkisinə bir şüşə dolusu antidepressant qatılıb. Sözügedən görüntülər təhlükəsizlik kamerasının obyektivinə düşüb. Bununla da qadının zəhərlənmə səbəbi ortaya çıxıb. Anbaan həmin görüntüləri təqdim edirik:

Kamran Əliyev vətəndaş qəbulu keçirdi-QƏBƏLƏDƏ

Baş prokuror Kamran Əliyev avqustun 8-də Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Oğuz, İsmayıllı, Göyçay rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə tezadlar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan […]

Siyəzəndə ailəvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə olub.  Tezadlar.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Rita Hüseyxan qızı Usubova, qonaqları – 1988-ci il təvəllüdlü Günel Əlipaşa qızı Qafarova və onun qızı, 2013-cü il təvəllüdlü Sümayə yaşadıqları evdən qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Livan hökuməti “Hizbullah”ın tərk-silahı qərarını müdafiə etdi

Livanın Xarici İşlər Nazirliyi (XİN) İranın “Hizbullah”ın tərk-silah olunmasına qarşı çıxmasını tənqid edib. Məlumata görə, Livan hökuməti son zamanlarda ölkəyə silah tədarükünün məhdudlaşdırılması haqqında sənədi təsdiqləyərək, bu məqsədlə ordu rəhbərliyinə plan hazırlamaq tapşırılıb. Livanın xarici işlər naziri Yusuf Raci iranlı həmkarı Abbas Əraqçini tənqid edib. O deyib ki, son zamanlar İslam Respublikası rəsmiləri onlara heç […]

Putin və Si Cinpin telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında telefon danışığı baş tutub. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb. Tərəflərin müzakirə etdiyi mövzular açıqlanmayıb.

Bugündən 11-nə qədər şimal-qərb küləyi güclənəcək

Avqustun 8-i axşamdan 11-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Tezadlar.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, […]

İspan müğənninin konsertdə büstqalterini atması gündəm oldu

Tanınmış ispaniyalı müğənni Riqobeta Bandini konsertində hərəkəti ilə gündəm olub. Tezadlar.az xəbər verir ki, sənətçi mahnısını ifa edən zaman anidən büstqalterini çıxararaq izləyicilərin üzərinə atıb. Onun bu hərəkəti birmənalı qarşılanmayıb. Müzakirələrə səbəb olan görüntünü təqdim edirik:

Kartofun içindən mobil telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Tezadlar.az xəbər verir ki, həbs olunmuş Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub. Faktla bağlı […]

DİM kolleclərə qəbulun nəticələrini elan etdi

9 illik təhsil bazasından kolleclərə qəbulun nəticələri açıqlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Maqnit qasırğası günləri: sağlam qalmaq üçün nələrə diqqət etməlisiniz

Qarşıdakı günlər, avqustun 8-dən 11-dək bir çox insanlar üçün çətin ola bilər – alimlər aktiv geomaqnit pozuntularını proqnozlaşdırırlar. Qasırğalar ekstremal xarakterdə olmasa da, bəzi günləri ehtiyatlı olmaq lazımdır. “Tezadlar.az”ın yüksək maqnit təsirinin nə vaxt gözlənildiyini, özünü necə göstərə biləcəyini və sağlamlığınıza zərər vermədən yaşamaq üçün nə etməli olduğunuzu izah edir. Avqustun 8-11-də maqnit qasırğası proqnozu […]

Brandon Stone avqustun 15-də Yaban Sea Breeze səhnəsində

Avqustin 15-də Yaban Sea Breeze səhnəsində gürcü əsilli müğənni, bəstəkar və prodüser Brandon Stone möhtəşəm canlı ifaları ilə görüşünüzə gələcək. Yaban Sea Breeze konsepti sadəcə istirahət məkanı olmaqla kifayətlənmir — bu, həm də dinclik və əyləncənin harmoniyasıdır. Bu mövsümdə Yaban Sea Breeze səhnəsində bir-birindən maraqlı sənətçilərlə yanaşı, xüsusi qonaq, dünyaca məşhur musiqiçi Brandon Stone-nun çıxışı […]

London klubu “Mançester Yunayted”in ulduzunu heyətinə qatmaq istəyir

Londonun “Çelsi” klubu hücum xəttini gücləndirməyi planlaşdırır. Tezadlar.az bildirir ki, insayder Devid Ornşteynin sözlərinə görə, londonlular “Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaçonun transferində maraqlıdırlar və artıq müqavilə ilə bağlı danışıqları intensivləşdiriblər. Mənbənin sözlərinə görə, argentinalı yalnız “Çelsi”yə keçməyə və ya hazırkı klubunda qalmağa hazırdır. Danışıqların ciddi çətinliklər olmadan baş tutacağı gözlənilir. Transferin təxmini məbləğinin 40 […]

Aqressiv türk taksi sürücüsü rus aktrisanı maşından buraxmayıb

Moldova əsilli məşhur rus aktrisası Lyanka Qryu türk taksi sürücüsü ilə başına gələn qorxulu hadisədən danışıb. Tezadlar.az xəbər verir ki, onun sözlərini “Passion” portalı sitat gətirib. “Şerlok Holms” və “Barvixa” filmlərindəki rolları ilə tanınan aktrisa bildirib ki, sürücü onu və oğlunu maşından buraxmaq istəməyib, pul tələb edib. Bu, ABŞ-a gedərkən Türkiyədə transfer zamanı baş verib. […]

Lukaşenko Rusiyanın “arxasından bıçaq zərbəsi”ndən danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin Rusiyaya qəfil hücuma keçməsinə imkan verməyəcəyini bildirib. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Time” nəşrinə müsahibəsində danışıb. “Bu, mənim məsuliyyətimdir – rusların arxadan atəş açmasına icazə verməyəcəyəm. Bunu açıq şəkildə demişəm”, – o vurğulayıb. E.ŞİRİNOV

İsrail Trampın Netanyahuya qışqırmasını rədd edir

İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın iyulun 28-də telefon danışığı zamanı baş nazir Benyamin Netanyahuya qışqırması ilə bağlı xəbərləri təkzib edib. Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının mətbuat xidməti məlumat yayıb. “Baş nazir Netanyahu ilə prezident Tramp arasında yüksək tonlarda şifahi mübahisə olduğu barədə xəbər tamamilə yalandır”, – deyə […]

Lukaşenko Rusiyanın Ukraynadakı məğlubiyyətini istisna edir

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Ukraynada məğlubiyyətə uğramayacaq. “Rusiya məğlubiyyətə uğramayacaq. Məğlubiyyət hamımıza baha başa gələcək. İlk növbədə siz. O cümlədən xaricdəki insanlar”, – Tezadlar.az xəbər verir ki, o, “Birinci İnformasiya” telekanalında nümayiş olunan Amerikanın “Time” jurnalına müsahibəsində deyib. O xatırladıb ki, Rusiya ən böyük nüvə silahı arsenalına malikdir. “Məğlubiyyət olmayacaq. Olmayacaq! Amma […]

Rusiya: ABŞ Zəngəzur dəhlizində maraqlıdır

Politoloq Yevgeni Mixaylov “Rambler”lə söhbətində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin imzalanmasını şərh edib, həmçinin Amerika hakimiyyətinin Cənubi Qafqazda öz təsir dairəsini genişləndirmək istəyindən danışıb. Tezadlar.az xəbər verir ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin avqustun 8-də Ağ Evə səfəri zamanı sülh […]

“İrəvan və Bakı yolları qarşılıqlı açacaq” – Ruben Rubinyan

Bu gün Vaşinqtonda İrəvanla Bakı arasında sülh sazişinin imzalanacağı gözlənilir… Tezadlar.az  “Novosti Armeniya” ya istinadla bildirir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Vaşinqtonda keçiriləcək üçtərəfli danışıqlar ərəfəsində İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb. O, sosial şəbəkələrdə yazıb: “Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında blokun açılması. Yəni bizim halda Ermənistandan keçən bütün yollar və infrastruktur ərazi […]

AZAL-IN TƏYYARƏSİ VURULUB-RƏSMİ TƏSDİQ

İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib. Bunu Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. Əmirov H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib: “Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökumə […]

Putin və Tramp görüşü bu tarixdə baş tuta bilər

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüş avqustun 11-də baş tuta bilər. Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” məlumat yayıb. Məlumata görə, danışıqlar üçün təklif olunan məkan kimi Roma hesab olunurdu. TASS-dakı mənbə Rusiya-ABŞ sammitinin Romada baş tutmayacağını bildirib. E.ŞİRİNOV  

Fələstin İƏT və Ərəb Liqası Şurasının iclaslarını çağırır

Fələstin sədrliyi İsrailin Qəzzada hərbi əməliyyatını genişləndirmək qərarı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəlib və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Şurasının təcili iclaslarını çağırıb. “Münaqişənin bu təhlükəli eskalasiyası fonunda Fələstin dövləti müvafiq beynəlxalq tərəflərlə təcili əlaqə saxlamağı və bu cinayətlərin dayandırılması üçün təcili tədbirlər görülməsi üçün dərhal BMT Təhlükəsizlik Şurasına […]

Gürcüstan Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edir

Rusiyanın Ukrayna müharibəsindəki potensial gücü hər kəsə bəllidir… Daha doğrusu, Rusiyanın indi hərbi texnikaya daha çox ehtiyacı var. Elə isə, rəsmi Moskva niyə başqa ölkələrdəki qoşunlarını çıxarıb hərbi ehtiyaclarına yönəltmir? Tezadlar.az xatırladır ki, elə Gürcüstan hakimiyyəti də, eləcə də Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliklərinin tanınması barədə […]

Putin MDB liderləri ilə Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistandan olan həmkarları Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevə zəng edib. Liderlər Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesini müzakirə ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Rusiya prezidenti Ukrayna böhranının Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri ruhunda nizamlanması üzrə Vaşinqtonla dialoqun gedişi barədə danışmaq […]

Gəncədəki “İstanbul Genetics Klinika”sı cəzalandırıldı- BAŞ PROKURORLUQ

Gəncə şəhər “İstanbul Genetics Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb. Bu barədə tezadlar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər “İstanbul Genetics Klinika” […]

Tramp Qəzzadakı kütləvi aclığa görə Netanyahuya qışqırıb

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kütləvi aclıq barədə məlumatların HƏMAS tərəfindən uydurulduğunu iddia edən İsrailin baş naziri Binyamin Netanyahuya qışqırdı. Tezadlar.az bildirir ki, bu barədə “NBC News” adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən xəbər verir. Bu hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib. Telekanalın mənbələrinin məlumatına görə, söhbət zamanı Tramp Netanyahunun sözünü kəsərək […]

Qutsulun saxlandığı istintaq təcridxanasının qarşısında piket dördüncü gündür davam edir

Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun tərəfdarları 4-cü gündür ki, 7 il müddətinə azadlıqdan məhrum edilən siyasətçinin saxlandığı istintaq təcridxanasının qarşısında piket keçirir. Tezadlar.az TASS-a istinadən xəbər verir ki, nümayişdə ictimai xadimlər də iştirak edir. “İnsanlar öz iştirakı ilə Yevgeniya Qutsula dəstək və hörmətlərini ifadə etmək istəyirlər. Başkan (rəhbər – TASS) bütün müxalifəti və bütün xalqı […]

Metroda doğulan uşağın vəziyyəti yaxşı deyil…

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Bu barədə TƏBİB-dən tezadlar.az-a məlumat verilib. Bildirilib ki, “…hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə […]

Ukrayna hazırkı cəbhə xəttində atəşkəsə hazırdır, lakin bir şərt var – “The Telegraph”

Nəşr yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski işğal olunmuş ərazilərin silahlı yolla azad edilməsinin artıq mümkün olmadığını etiraf edib Tezadlar.az “The Telegraph”a istinadən xəbər verir ki, Ukrayna müharibənin başa çatmasına səbəb olarsa, hazırkı cəbhə xətti boyunca atəşkəs rejimini nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, bu, yalnız bir şərtlə mümkündür ki, Rusiyanın hər hansı işğal olunmuş ərazilər […]

Tacikistanlıların Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirakı barədə açıqlama

Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirak etdiyinə görə heç bir Tacikistan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilməyib. Tezadlar.az “Asia-Plus”a istinadən xəbər verir ki, bu barədə respublikanın baş prokuroru Voxidzoda Xabibullo Saidullo məlumat verib. O, bu məsələ ilə bağlı rəsmi statistikanın olmadığına aydınlıq gətirib və əlavə edib ki, ikili vətəndaşlığı olan vətəndaşlardan gəldikləri dövlətin qanunlarına riayət etmək […]

HAMIMIZIN TANIDIĞI VƏ TANIMADIĞI HÜSEYN ARİF

(Görkəmli şairimiz Hüseyn Arif haqqında bilmədikləriniz) …Hüseyn Arif Qaçaq Kərəmin soyundan olub. Böyük Vətən müharibəsi başlayanda orduya çağırılıb, müharibədə iştirak edib. Uşaqları ona “ata” yox, “Söyün qağa” deyə müraciət edirmiş. Lətifələr qəhrəmanı, məzəli insankimi tanınan Hüseyn Arifi ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən biri olduğunu çox adam bilmir. Tək oğlu Arifin ölümü onun həyatını alt-üst […]

BBC: Əliyev və Paşinyanın ABŞ görüşü: Tramp təşəbbüsü Putindən aldı…

BBC agentliyinin rus xidməti  maraqlı yazı ilə çıxış edib. Tezadlar.az həmin yazının bəzi məqamlarını təqdim edir: “İlham Əliyevlə Nikol Paşinyan arasında cümə günü Vaşinqtonda keçirilən görüş ən azı bir mühüm nəticə çıxarmağa imkan verir: Rusiya Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında yeganə hakim olmaq istəyirdi, lakin Ukraynanın işğalı Moskvanın bölgədəki mövqeyini sarsıtdı və indi iki […]

Zelenskinin qaça biləcəyi ölkələrin adları açıqlanıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq fonunda Vladimir Zelenski Ukraynadan hara gedə biləcəyi barədə düşünməyə başlayıb. Tezadlar.az xəbər verir ki, bu fikirləri “Arqumentı i faktı”ya politoloq Vladimir Skaçko deyib. Avqustun 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş baş tutub. Bundan sonra ABŞ […]

Rostov vilayətinə Ukrayna PUA-ları hücum edib: Aerodromun yaxınlığında yanğın baş verib

Pilotsuz təyyarələr yanacaq və sürtkü materialları anbarını vurub Gecə saatlarında Rusiyanın Rostov vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Yerli sakinlər Milerovo hərbi aerodromunun yaxınlığında silsilə güclü partlayışlar və yanğın olduğunu bildiriblər. Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, daha sonra vilayətin qubernatoru Rusiyanın hava hücumundan müdafiəsinin regionun Millerovo və Çertkovski rayonlarında hücumu dəf etdiyini iddia […]

“DİM bu yanaşma ilə həm universitetlərə, həm də abituriyentlərə ciddi ziyan vurur”

Bu il 9-illik baza üzrə kolleclərə maraq çox idi – 26 mindən çox şagird qeydiyyata düşdü. Amma ixtisas seçimi edənlərin sayı cəmi 11 246 oldu. TEZADLAR.AZ xəbər verir ki, bunu tanınmış təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabında deyib. Kamran Əsədov ixtisas seçimi edənlərin sayının az olma səbəbini Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalını gec nəşr […]

“Qarabağ”ın prezidenti Tahir Gözəl: “Büdcəmiz var, qalır…”

“Qarabağ”ın prezidenti Tahir Gözəl: “Büdcəmiz var, bütün məsələlər qaydasındadır. Qalır uyğun futbolçunu tapmaq” “Bizim səviyyədə, sponsor səviyyəsində hər şey hazırdır. Büdcəmiz var, bütün məsələlər qaydasındadır. Qalır uyğun futbolçunu tapmaq. Artıq demək olar ki, skaut komandamız bu işlə tam gücü ilə məşğuldur və hər şey onlardan – Elçin hocadan, Qurban hocadan – asılıdır. Artıq top onlardadır, […]

Pterigiumun (gözdə ət artımı) müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə əlçatandır

Pterigium – qanadı xatırladan üçbucaq formalı membranın  konyunktivadan gözün buynuz qişasına qədər tədricən böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki xəstəliyidir. Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə doğru böyüyür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tezadlar.az-a bildirilib ki, adətən günəş şüalarına, küləyə, tozlu, […]

Türkiyə maraqlı 155 mm-lik yeni mərmi hazırlayıb

Adi olanlardan üç dəfə sürətlidir Türkiyədə keçirilən IDEF 2025 sərgisində 52 kalibrli lülədən atış zamanı 130 km məsafədəki hədəfləri vura bilən ramjet bərk yanacaq raket mühərriki ilə yeni 155 mm-lik mərmi nümayiş etdirilib. Tezadlar.az xəbər verir ki, eyni zamanda, “European Defence Review” jurnalının verdiyi məlumata görə, bununla bağlı ən maraqlısı sürətdir – mərmi 7-8 Mach […]

Ceyhun Mirzəyevin sevgi hekayəsi…

Ceyhun Mirzəyevin sevgi hekayəsi: Bir gün artıq gənc aktyor, rejissor Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva danışır: “Onun 18, mənim 17 yaşım vardı. Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olanda eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə onları canlı […]

Trampın ultimatumunun sonu: Putin irəliləyiş hesab edir, lakin Zelenski ilə görüşdən qaçır

Ağ Ev Moskvadan sülhə doğru addımlar atmasını tələb edir, lakin Putin Zelenski ilə danışıqlardan uzaqlaşaraq Trampla görüşə eyham vurur Donald Trampın Rusiya lideri Vladimir Putinə Ukrayna ilə bağlı ultimatumu bu gün başa çatır. Kreml sanksiyalardan yayınmaq üçün irəliləyiş göstərir, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitdən imtina edir. Tezadlar.az xəbər verir ki, bu […]

BAKIDA METRODA METRO ADLI UŞAQ DOĞULDU: QADIN BÜRKÜDƏN TINCIXIB VƏ…

Bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Bu barədə TEZADLAR.AZ-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub. Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan qadına zəruri […]

Onlar Ukraynanı güzəştə getməyə məcbur etməyə icazə verdilər

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles etiraf edib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini danışıqlarda güzəştə getməyə məcbur edə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. O, Avropanın nüvə dövlətinin – Fransa və ya Böyük Britaniyanın Ukraynadakı münaqişə ilə bağlı sülh prosesində iştirakını zəruri hesab etdiyini vurğulayıb. […]

Putinlə görüşdən sonra Trampın böyük uğura ehtiyacı var

Xarici siyasət arenasında bir sıra uğursuzluqlardan sonra ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə uğurlu görüş keçirməsinə ehtiyac var ki, bu da Ukrayna üçün riskləri artırır. Tezadlar.az xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” qəzetində dərc olunmuş Atlantik Şurasının baş elmi işçisi Maykl Bociurkivin məqaləsində deyilir. “ABŞ prezidenti gələcək seçki kampaniyası […]

DİQQƏT! BANKOMATLAR KARTI UDUR

ABB kartını bankomatın yuvasına salmayın, saldınızsa, uddusa, 937-yə zəng edin… ABB (Beynəlxalq Bank) bakomatları ilə ehtiyatlı olun.  İki gün əvvəl, səhər işə gedəndə 20 yanvardakı böyük Bravoya döndüm. Bankomata yaxınlaşdım pul çıxaram. İki addımlıqda bir xanım dayanmışdı, telefonla danışa-danışa mənə baxırdı. Dedim bəlkə tanışdı, istədim salam verəm, düzü tərəddüd etdim, kartı saldım bankomata, qadın dərhal qulağını […]

Venesuela prezidentinin yerini deyənə 50 milyon dollar vəd edildi…

ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamenti Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumatlara görə 50 milyon dollar mükafat elan edib. Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ-ın Baş prokuroru Pamela Bondi özünün X sosial platformasında belə deyib. Sitat: “Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumatlara görə 50 […]

Əliağa Ağayevi xatırlayarkən…

 …Əliağa Ağayev bir gün trolleybusla gedirmiş, görüb ki, cavan bir oğlanın qanı bərk qaradı, heç özündə deyil. Soruşub ki, sənə nolub? Oğlan da deyib ki, çoxuşaqlı ailəyik, evdə hamı gözləyirdi ki, mən inistituta qəbul olunacam, amma bir balım çatmır. Atam oğlanın fikrini dağıtmaq üçün əvvəl zarafat eləyib, deyib ki, “onlara bal lazımdı, yaxşı bal tapaq […]

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq

Bu gün Prezident İlham Əliyevin ABŞ- a səfəri çərçivəsində ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq. Tezadlar.az xəbər verir ki, yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Qeyd edək ki, Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı “Azərbaycan […]

Израиль одобрил план захвата города Газа – Reuters

Военно-политический кабинет Израиля одобрил план взятия под контроль города Газа утром 8 августа. Как сообщает tezadlar.az источник: Reuters. Дословно из заявления офиса премьер-министра Биньямина Нетаньяху: “Армия обороны Израиля будет готовиться к установлению контроля над городом Газа, одновременно оказывая гуманитарную помощь гражданскому населению за пределами зон боевых действий”.  Агентство отмечает, что это произошло через несколько часов […]

Etiraz yürüşü Tbilisi küçələrini bürüdü…

Paytaxt Tbilisidə etirazların 253-cü günündə etiraz yürüşü keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, aksiya iştirakçıları qəhrəmanlar meydanında toplaşaraq yürüşə başlayıblar. Onlar əvvəlcə qəhrəmanlar memorialı qarşısında müharibədə həlak olan qəhrəmanları yad ediblər. Daha sonra parlament qarşısına toplaşan etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və aksiyada həbs olunan şəxslərin azad edilməsini tələb ediblər. Qeyd edək ki, aksiya […]

907-ci düzəlişin ləğvi an məsələsidir…- TRAMP SÖZ VERİB

ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Tezadlar.az bildirir ki, rəsmi qaynaqların mövqeyinə görə, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində bu gün- avqustun 8-də imzalanacaq. Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın […]

ABŞ- da İlham Əliyevin iştirakı ilə mühüm görüş olub

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub. Tezadlar.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib. Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf […]

Tramp niyə bu günü Azərbaycanla Ermənistan üçün tarixi gün adlandırıb?

“Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”. Tezadlar.az  Reuters-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Sitat:  “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. […]

Ukrayna ilə Rusiyaya uyğun olan barışıq variantının adı açıqlanıb

BMT-nin Bioloji Silahlar Komissiyasının keçmiş üzvü, hərbi ekspert İqor Nikulinin fikrincə, Ukrayna Silahlı Qüvvələri (USQ) Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətlərinin ərazilərini tərk etsə və Amerika təchizatına silah embarqosu tətbiq etsə, Ukrayna ilə barışıq Rusiyaya yarayar. Tezadlar.az xəbər verir ki, o, lenta.ru ilə söhbətində Rusiyanın, ümumiyyətlə, qısamüddətli atəşkəsə ehtiyac duymadığını qeyd edib. […]

ABŞ-ın müttəfiqləri ilə Rusiya və Çin arasında yaxınlaşmanın səbəbi açıqlanıb

Prezident Donald Trampın dövründə ABŞ-ın aqressiv tarif siyasəti hətta Vaşinqtonun müttəfiqlərini də sıxışdırır və onları Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə yaxınlaşma haqqında düşünməyə vadar edir. Tezadlar.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “RİA Novosti”-yə müsahibəsində deyib. Agentliyin həmsöhbətinin sözlərinə görə, Amerika lideri öz gücünü həddindən artıq qiymətləndirib. Aprel […]

DTX- nin rüşvətlə həbs etdiyi icra başçısının cəzasını Ali Məhkəmə necə 6,2 ilə endirib?

dtx

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmış Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevin bir qisim əmlakları üzərində olan həbsin götürülməsi üçün “Xalq Bank” tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Tezadlar.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilib, […]

Xəzəri çirkləndirmə xəstəliyi- BU DA CƏZASI

İstirahətini dənizin sahillərində keçirən, amma dənizə çirkləndirmə poliqonu kimi baxan adamlara nə deyəsən? Elə buna görə də Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub. Bu barədə tezadlar.az- a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının […]

Putin Trampla BƏƏ-də görüşmək istəyir

Tezliklə Trampla Putin görüşəcək. Əsas mövzu Ukrayna müharibəsidir… “BƏƏ Rusiya və ABŞ liderləri arasında görüş üçün münasib yerlərdən biridir”, -deyən Rusiya prezidenti Vladimir Putin əlavə olaraq deyib ki, Rusiyanın bir çox dostları var ki, onunla Tramp arasında görüş təşkil etməyə hazırdır. Bu görüş dünyanın diqqətindədir… A.Məmmədli

İran XİN ABŞ-la danışıqları bərpa etmək qərarını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ və İranın İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün danışıqları bərpa etmək üçün vaxt və yer barədə razılığa gəldiyinə dair şayiələri təkzib edib. “Son üç-dörd həftə ərzində saxta xəbərlər dəfələrlə dərc edilib və bunun həmişə yalan olduğu sübut olunub. Bu xəbərlərin bəziləri təxribat xarakterlidir”, – […]

“Məni əsir götürdükdən sonra güllələdilər, amma…”

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib. Tezadlar.az  xəbər verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib. Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, – sonradan […]

Tramp bu prezidentə məhəl qoymadı

ABŞ prezidenti Donald Tramp isveçrəli həmkarı Keller-Satter və Konfederasiyanın vitse-prezidenti Qay Parmelinin Vaşinqtona rəsmi səfərinə məhəl qoymayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “La Tribune de Genève” qəzeti məlumat yayıb. “Tramp onlara beş dəqiqə belə vaxt vermədi”, – qəzet qeyd edir ki, İsveçrə nümayəndə heyəti Trampın avqustun 7-də Bernə 39 faizlik ticarət tarifləri tətbiq etmək […]

Putin Puqaçova və Orbakaytenin mahnılarının bəstəkarını təbrik etdi

Rusiya prezidenti Vladimir Putin bəstəkar Aleksandr Jurbini yubileyi münasibətilə təbrik edib. Tezadlar.az xəbər verir ki, müvafiq teleqram Kremlin saytında dərc olunub. Məşhur sovet filmlərinin musiqilərinin müəllifi, həmçinin Rusiya estradasının ulduzları, o cümlədən Mixail Boyarski, Alla Puqaçova və Kristina Orbakaytenin bir neçə məşhur mahnılarının bəstəkarının 80 yaşı tamam olur. Dövlət başçısı müraciətində onun istedadının müxtəlif musiqi […]

Zəlzələ və bəzi liderlər üçün vəlvələ…- REAL FAKT

 Zələlərin görkəmli şəxslərin, xüsusən də dünyaya meydan oxuyan liderlərin həyatı üçün mühüm rol oynayıb. Daha doğrusu, Kamçatkada zəlzələ olanda bu liderlərdən biri ölüb. Bu təsadüfdürmü? Blogger Etibar ƏLİYEV belə bir faktın üstünü açıb və tezadlar.az-a yazır: “…Tənbəllik eləməyib Google ‘dən axtarış verdim və tamamilə doğrudur, deyilən illərdə Kamçatkada ən güclü zəlzələlər olub. Adı çəkilən üç […]

“Qutsul – bizik”: Kişinyovda insanlar kütləvi şəkildə küçələrə çıxır

Kişinyovda 7 il müddətinə azadlıqdan məhrum edilən Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula dəstək üçün kütləvi nümayiş başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır. Nəşrin məlumatına görə, aksiya iştirakçıları “Qutsul – bizik”, “Sessiz olma! Nəşrin məlumatına görə, nümayiş iştirakçıları özləri ilə şüarlar yazılmış plakatlar gətiriblər: “Qutsul – bizik!”, “Sessiz olma! Dəstək!”, “Qutsula azadlıq!”. Qaqauziya başçısının […]

O, günəş şəfəqləri kimi nur saçır…

Bu dəfə sizə həm alim, həm şair və həm də publisist həyatını yaşadığı ömürdə birləşdirə bilən bir xanım haqqında söhbət açmaq istəyirəm. Amma, gəlin əvvəlcə onun keçdiyi ömür yoluna nəzər yetirək. O, 1963-cü il dekabr ayının 2-də Şəki rayonunun Vərəzət kəndində dünyaya gəlib. Orta təhsilini qonşu Baş Zəyzid kənd məktəbində başa vurduqdan sonra ailəlikcə Bakıya […]

İlham Əliyev Trampın dəvəti ilə ABŞ-a işgüzar səfərə gəlib

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat yayıb. “Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib”, – məlumatda deyilir. Qeyd olunur ki, Azərbaycan prezidentinin təyyarəsi Endryus Birgə Hərbi Hava Bazasına enib. Bir gün əvvəl Ermənistan […]

Putin onun Trampla görüşündə hər iki tərəfin maraqlı olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin həm özünün, həm də ABŞ-ın onun Amerika lideri Donald Trampla görüşündə maraqlı olduğunu bildirib. “Hər iki tərəfdən maraq ifadə olundu, kimin əvvəl hansı sözü deməsi, artıq əhəmiyyət kəsb etmir”, – Tezadlar.az xəbər verir ki, Rusiya dövlət başçısı jurnalistlərin sammitin təşəbbüskarı ilə bağlı suallarını cavablandırarkən qeyd edib. Tramp 2025-ci ilin yanvarında inaqurasiyasının […]

“5 min kəsilən müəllimin dərs saatları hara buxarlanıb?” – TƏHSİL MÜTƏXƏSSİSİ

“Təhsildə güzəşt vətənə xəyanətdirsə, bəs bu sistemdə baş verənləri necə adlandıraq?” *** Biri var, imtahana hazırlaşır, gecəsini gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir? TEZADLAR.AZ xəbər verir ki, bu fikri […]

Putin Trampla görüşü üçün BƏƏ-ni münasib yerlərdən biri adlandırıb

Birləşmiş Ərəb Əmirlikləri Rusiya-ABŞ sammitinin keçirilməsi üçün əlverişlidir. Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə BƏƏ lideri ilə görüşündən sonra jurnalistlərə bildirib. “Bu cür tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir”, – Putin paylaşıb. – “Düşünürəm ki, biz qərar verəcəyik, amma bura uyğun, […]

İstehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivə dəyişdirilir – Mərkəzi Bankın yeni qərarı “faiz tələsinə” son qoyacaqmı?

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib. Baş bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib. Niyə bu qaydalara ehtiyac var idi? Və ən əsası yeni qaydalar əhalinin izafi […]

“Barselona” Konqo ilə 11 milyon avroluq sponsorluq müqaviləsinə yaxınlaşır

“Barselona” Konqo Demokratik Respublikası ilə böyük sponsorluq müqaviləsi bağlamağa yaxındır. Tezadlar.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, klub dörd il ərzində 11 milyon avro alacaq. Qeyd olunur ki, “Barselona” bu ölkədə turizmi təbliğ etmək üçün komandanın formasında “DR Konqo – Afrikanın ürəyi” loqosunu yerləşdirəcək. Konqo DR mis, kobalt və uranla zəngindir, lakin dünyanın ən kasıb 5 […]

Səttar Mehbalıyevin 19 illik Həmkarlar İttifaqları Konfederasiyası nə işə yarayır?- ARAŞDIRMA

Adı olub, özü olmayan konfederasiya: Həmkarlar İttifaqları belə şəkildə fəaliyyət göstərəcəksə, bu struktura ümumiyyətlə, ehtiyac varmı? Bir vaxtlar insanların rifahına xidmət edən, sosial təminat, istirahət, sanatoriya müalicəsi kimi imkanları əlçatan edən bir sistem vardı – Həmkarlar İttifaqları. Bu təşkilatlar uzun illər boyu yüz minlərlə insanın həyatına az da olsa, rahatlıq gətirə bilirdi. Amma bu gün […]

Putin: Zelenski ilə görüş mümkündür, lakin…

Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib. Lakin belə təmaslar üçün şərait yaradılmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Rusiya dövlətinin başçısı Kremldə Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra jurnalistlərlə söhbətində deyib. “Mən artıq dəfələrlə demişəm ki, ümumiyyətlə, buna qarşı heç bir şeyim yoxdur, bu, mümkündür”, […]

Lukaşenko nədən ehtiyatlanır?

Belarus Polşa və Baltikyanı ölkələrin aqressiv münasibətindən ehtiyatlanır. Tezadlar.az BELTA-ya istinadən xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib. “Qonşularımızın – Polşanın və Baltikyanı ölkələrin Belarusa qarşı çox dəhşətli və aqressiv mövqedə olması həyəcanvericidir. Bütün istiqamətlərdə təzyiq göstərilir. Bu təzyiqi ən çox bizim xüsusi xidmət orqanları hiss edir”, – dövlət başçısı izah edib. Lukaşenkonun […]

Paşinyan Ermənistan xalqının maraqlarını düşünmür – Politoloq

ABŞ prezidenti Donald Trampın Ermənistan lideri Nikol Paşinyan və Azərbaycan lideri İlham Əliyevlə gözləntiləri kifayət qədər böyükdür. Lakin politoloq, Rusiya Federasiyası İctimai Palatasının qanun layihələrinin ictimai ekspertizası komissiyası sədrinin birinci müavini Aleksandr Asafovun fikrincə, bu görüş onları doğrultmur. Asafov qeyd edib ki, hamı tarixi sənədin imzalanmasını gözləyir, lakin onun fikrincə, bu, baş verməyəcək. “Tramp üçün […]

Rusiyanın Gürcüstanı işğal etməsindən 17 il keçir- FOTO

Rusiya və Gürcüstan arasında baş verən 2008-ci ilin avqust müharibəsinin başlamasından 17 il keçir. Tezadlar.az xatırladır ki, 2008-ci ilin avqustun 7-dən 8-nə keçən gecə başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub. Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin olub, 2 232 nəfər isə […]

Силы обороны Украины поразили Афипский нефтеперерабатывающий завод в РФ

Cилы обороны Украины поразили Афипский нефтеперерабатывающий завод в России, подтвердили в Генеральном штабе ВСУ. Как сообщает tezadlar.az со ссылкой Генштаб Украины:  “Подтверждено поражение Афипского нефтеперерабатывающего завода в Краснодарском крае. Годовой объем его переработки составляет 6,25 млн тонн в год, а это 2,1% от общего объема нефтепереработки РФ”… Отмечается, что в результате удара беспилотника на заводе […]

Trampla görüşdən əvvəl Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib – Uşakov

Rusiya Ukrayna münaqişəsində öz mövqeyini saxlayır. Tezadlar.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşünün mümkün olması üçün Moskvanın mövqeyində hansı dəyişikliklərin baş verdiyi sualına belə cavab verib. “Mövqeyimizdə heç nə dəyişməyib”, – diplomat vurğulayıb. E.ŞİRİNOV

Macarıstan Putin-Tramp görüşünün Ukraynada sülhə gətirib çıxaracağına ümid edir

Macarıstan hökuməti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın şəxsi görüş keçirmək niyyətini alqışlayır və bunun Ukraynadakı münaqişənin həllinə gətirib çıxaracağına ümid edir. Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. O qeyd edib ki, avqustun 6-da dünyanın diqqəti Moskvaya yönəlib, Rusiya prezidenti burada ABŞ […]

Zelenski Rusiyanı bu zərbələrlə hədələdi

“Rusiya hər gün Ukraynanın yaşayış məntəqələrinə hücum edir, belə şəraitdə Ukrayna Rusiya logistikasına cavab zərbələri endirir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, artıq 1 261 gündür ki, Ukrayna Rusiya təcavüzündən müdafiə olunur, ölkə Rusiyaya cavab zərbələri endirir. “Rusiya logistikası, bu ölkənin neft emalı, hərbi iqtisadiyyatı – […]

Keçmiş köçkünlərin Xankəndinə infoturu baş tutdu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərinə növbəti infotur təşkil edib. İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Komitədən “Təzadlar”a bildirilib ki, onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar. Qeyd edilib […]

HƏFTƏBECƏR

Müğənni Röyanın keçmiş əri, 3 dəfə ailə qurub boşanmış Anar Cəlilov əvvəlki xanımlarına acıq verərək belə deyib: “Heyif deyil subaylıq? Gecə ikinin yarısıdır, özüm üçün gəzirəm. Zəng vuran yox, söyən və dava edən yoxdur. Neynirsən, kiminləsən – soruşan yoxdur”. P.S. Əvvəla, Anar bəy, 3 dəfə evlənib boşanmağından görünür ki, az aşın duzu deyilsən. Ona görə […]

Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bu reyslər ləğv edilir

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir. Bu barədə tezadlar.az-a  “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri […]

Массовый незаконный снос домов в Баку. Кто остановит моральный террор?

sokuntu3

Бакинцев вновь терроризирует очередная строительная компания. На этот раз речь идет о жителях частного сектора в районе, известном как Кубинка. По словам местных жителей, действия компании Vialon превратили их жизнь в непрерывное и выматывающее испытание: повреждены линии электроснабжения, отключены газ и вода, нарушены сигналы интернета, разрушены заборы, проломлены стены домов… Все это представители компании делают демонстративно, […]

Xaçmazdan Bakıya gələn pomidor dolu “QazEL” belə aşdı…- FOTO

Xaçmazda pomidorla dolu yük maşını aşıb… Tezadlar.az xatırladır ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, qəza nəticəsində maşının daşıdığı pomidor yükü yola dağılıb. Qəza nəticəsində ölən və xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ziyan dəyib. Eləcə də pomidorun sahibinə… Maşının yolun ortasında aşma səbəbi DYP tərəfindən araşdırılır… A.Məmmədli

Köpək balıqları Türkiyənin məşhur kurortunun sahilinə çıxaraq turistləri qorxudub

Köpək balıqları Türkiyənin məşhur Bodrum kurortunun sahilinə üzərək turistləri qorxudub. Tezadlar.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır. Yırtıcıların peyda olması ilə əlaqədar xilasedicilərin təcili olaraq istirahətçiləri dənizdən çıxardığı dəqiqləşdirilir. Hadisənin şahidi olanlar jurnalistlərə deyiblər ki, insanların yanında olan köpək balıqları pilotsuz uçan aparatdan görünüb. Turistlər yırtıcılar üzərək uzaqlaşana qədər sahildə gözləyiblər, sonra […]

Gürcüstanda yerli TBC Pay-in sürətli ödəniş terminallarına Azərbaycan dili əlavə olunub

TBC Pay-in sürətli ödəniş terminallarına yeni funksionallıq əlavə edilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər portalına bankdan verilən məlumata əsasən, artıq istifadəçilər terminallardan Azərbaycan dilində də istifadə edə bilərlər. Dil baryerinin aradan qaldırılması və TBC Pay xidmətindən istifadənin maksimum dərəcədə sadələşdirilməsi məqsədilə şirkət terminallara yeni dilin əlavə olunması barədə qərar qəbul edib. İndiyə qədər terminallar yalnız […]

Uşakov Zelenskinin Putinlə Trampın görüşündə iştirakının mümkünlüyünü belə qiymətləndirib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Kremldə Rusiya, Amerika və Ukrayna liderləri Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin üçtərəfli görüşünün variantını qeyd edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya tərəfi ikitərəfli sammitin hazırlanmasına cəmləşməyi təklif edərək, şərhsiz qalıb. “Dünən nədənsə Vaşinqtonda müzakirə edilən üçtərəfli görüş variantına gəlincə, bu variant Kremldəki görüş […]

Putinlə Tramp yaxın günlərdə görüşəcək – RƏSMİ

Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəliblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, sammit artıq işlənməyə başlayıb. Dövlət başçılarının görüşünün yeri də razılaşdırılıb və bir az sonra açıqlanacaq. “Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir […]

“Ural Hava Yolları”na məxsus təyyarə göydə təcili eniş edib

“Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysi üzrə uçuş zamanı Həştərxan şəhərindəki ehtiyat hava limanına təcili eniş edib. Tezadlar.az e1.ru-ya istinadla xəbər verir ki, Aviaşirkətin yaydığı rəsmi məlumata görə, uçuş zamanı bort sistemlərindən biri təhlükəsizliklə bağlı siqnal verib və bu, uçuşun davam etdirilməsinə imkan verməyib. Nəticədə ekipaj ehtiyat tədbiri olaraq kursu dəyişərək […]

Tailand və Kamboca sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər

Tailand və Kamboca rəsmiləri Kuala-Lumpurda keçirilən danışıqlardan sonra sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər. “Tailand və Kamboca arasında sərhəd vəziyyətinin həlli üzrə komitənin iclası başa çatıb. Hər iki tərəf atəşkəs rejiminin saxlanması üçün 13 bənddən ibarət saziş üzərində razılığa gəlib, hər iki ölkənin rəsmiləri sərhəddəki gərginliyin həllinə və sərhəd bölgəsində sülhün bərpasına yönəlmiş protokollar […]

Zelenski Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə müttəfiqləri arasında əlaqələrin olduğunu açıqlayıb

Avqustun 7-də ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Moskvaya səfərindən sonra Ukrayna və Qərb ölkələrinin milli təhlükəsizlik müşavirləri arasında təmaslar baş tutacaq. Tezadlar.az bildirir ki, bu barədə Vladimir Zelenski Telegram kanalında məlumat verib. “Ünsiyyət milli təhlükəsizlik müşavirləri səviyyəsində aparılacaq – mən bu xüsusi formatın bu gün keçirilməsi barədə göstəriş vermişəm”, – o qeyd edib. Zelenski […]

Krıma gedən qatarların gecikməsi ilə bağlı xəbərdarlıq

Krıma gedib-gələn 11 Tavriya sərnişin qatarı gecikib. Tezadlar.az bildirir ki, bu barədə “Grand Service Express” Telegram kanalında ruslara xəbərdarlıq edilib. Cümə axşamı, avqustun 7-si saat 09:00-a olan məlumata görə, yarımadaya gedən 7 qatar və əks istiqamətdə hərəkət edən 4 qatar gecikib. Gecikmə müddəti altı saata qədərdir. Şirkət sərnişinlərin soyuduculardan içməli su götürə biləcəyini də bildirib. […]

Qərb Trampın Putinlə bağlı yeni açıqlamasına reaksiya verib

Norveçli professor Qlenn Dizen Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşdən sonra X sosial şəbəkəsində nikbinliyin mümkün səbəbini görüb. “Tramp Vitkoffun Putinlə görüşündən məmnundur”, – Tezadlar.az xəbər verir ki, o, fikirlərini belə bölüşüb. Nəşrin müəllifi ümid etdiyini bildirib ki, Ağ Evin sahibi bundan münaqişəni gərginləşdirmək üçün hədələrindən geri çəkilmək […]

Putin Ukrayna hücumlarına görə Rusiyada interneti tamamilə dayandırıb

Ruslar mobil telefonların daimi kəsilməsindən şikayətlənirlər Rusiyanın qərbində, Rostov vilayətində yerli sakinlər internetə qoşula, kart aça, maaş köçürə və ya digər xidmətlərdən istifadə edə bilmirlər. Rusiya hakimiyyəti bunun ciddi səbəbləri olduğuna əmindir. Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır. Məlumdur ki, avqustun 5-də Ukraynaya məxsus pilotsuz uçan aparat bir gecədə Rostov şəhərinin əsas […]

Zelenskinin İtaliyadakı villası satışdan çıxarılıb

Vladimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki lüks villası hazırda heç kimə icarəyə verilməsə də, satışdan çıxarılıb. Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə yerli daşınmaz əmlak agentliyinin əməkdaşına istinadən xəbər verir. “Ev satılmır. Dayanıb. Çoxdan satışa çıxarılıb, indi yox”, – makler bildirib. Onun sözlərinə görə, hazırda villada heç kim yaşamır. Əmlak agentliyinin nümayəndəsi isə […]

ABŞ federal məhkəmələrinin elektron sistemi sındırılıb

Naməlum hakerlər ABŞ federal məhkəmələrinin elektron işlərin verilməsi və qeydiyyatı sisteminə kiberhücum edərək, cinayət işləri və müttəhimlər haqqında məlumatların bir qismini oğurlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ məhkəmə sistemindəki mənbələrə istinadən “Politico” məlumat yayıb. Onlar qeyd ediblər ki, haker anonimlik və təhlükəsizliyə zəmanət verən mühafizə proqramlarına daxil olan şahidlər və məlumat verənlər haqqında […]

Hazırda Bakıda 40 dərəcə isti var…

Avqustun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Bu barədə tezadlar.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisində isti hava şəraiti davam edib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 37-41 dərəcə isti qeydə alınıb. Özünüzü qızmar günəşdən qoruyun. Bunun isə yeganə yolu […]

Şəmkirdə 7 nəfərin ölümü ilə bağlı rəsmi açıqlama yayıldı

BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb. Tezadlar.az xatırladır ki, açıqlamada avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olması, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması bildirilir. “Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib. Fakt üzrə […]

Balakəndə silah dolu anbar və dəstə yaxalandı

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan tezadlar.az -a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. […]

ABŞ ikinci dərəcəli anti-Rusiya sanksiyaları tətbiq edə bilər

ABŞ administrasiyasının cümə günü, avqustun 8-də ikinci dərəcəli anti-Rusiya sanksiyaları tətbiq edəcəyi gözlənilir. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib. “Cümə günü ikinci dərəcəli sanksiyaların tətbiq olunacağı hələ də gözlənilir”, – Ağ Evin nümayəndəsi deyib. Onun sözlərini Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid X-də sitat gətirib. E.ŞİRİNOV

Şəmkirdə mikroavtobusun “KamAZ” la toqquşmasında 7 nəfər öldü- TƏƏSSÜF

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Tezadlar.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KamAz” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib. Daha 5 […]

Tramp söz verdi, Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix […]

Putin Trampla təkbətək görüş istəyir ki…

Trampın xüsusi nümayəndəsinin Putinlə görüşü dünya mediasının diqqət mərkəzindədir… Bunun ardınca isə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla görüşündə nə vaxtsa Amerika lideri ilə görüşmək istədiyini deyib.  Tezadlar.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Piter Dusi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Uitkoff […]

Lənkəranda iki mərtəbəli evdə yanğın: ev tamamilə yanıb kül oldu

Lənkəranda yanğın hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə rayonunun Boladi kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 59 yaşlı Vasif  Məlikova məxsus ikimərtəbəli evdə yanğın olub. Yanğının miqyasının qısa müddətdə sürətlənməsi əraziyə gələn  yanğından mühafizə bölməsinin əməkdaşlarının işini çətinləşdirib. Ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Qurudulmuş və təzə əncirin orqanizmə təsiri və düzgün istifadəsi

Həm təzə, həm də qurudulmuş halda istifadə edilən əncir qədim zamanlardan xalq təbabətində geniş yer tutub. Tezadlar.az xəbər verir ki, əncir xüsusilə həzm sisteminə göstərdiyi müsbət təsirlə seçilir. Onun tərkibindəki təbii liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırmağa kömək edir. Bu səbəbdən bağırsaq pozğunluqları olan insanlara mütəmadi olaraq əncir yemək tövsiyə olunur. Əncir həmçinin […]

Yaşlılar üçün sağlamlıq: əsas analizlər və vaxtında müayinələrin əhəmiyyəti

Rusiyalı nefroloq Danila Pırikov yaşlı insanlar üçün vacib sayılan tibbi analizlər barədə danışıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini […]

Aktyor Brad Pittin anası Jane Etta Pitt 84 yaşında vəfat edib

Aktyor Brad Pittin anası Jane Etta Pitt bu gün vəfat edib. Tezadlar.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib. Ölüm xəbəri ilk öncə TMZ tərəfindən yayılsada, daha sonra ailənin Instagram paylaşımında nəvəsi Sydney Pitt tərəfindən təsdiqlənib.

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar və struktur dəyişiklikləri

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. Tezadlar.az xəbər verir ki, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib. Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə […]

Pomidor və almanın faydası

Amerikalı həkimlər müntəzəm olaraq çoxlu alma və pomidor yeyən keçmiş siqaret çəkənlərin ağciyər funksiyalarının daha tez bərpa olunduğunu təsdiqləyən on illik tədqiqatın nəticələrini dərc ediblər. Tezadlar.az xəbər verir ki, bərpa tempində əsas fərqlər gündə ən azı iki pomidor və üçdən çox meyvə yeyənlərdə görünür. Eyni zamanda, alimlər konservləşdirilmiş və termik emal olunmuş məhsulların ağciyərlərə demək […]

Tramp və Merts Arasında Görüş – Kreml Hələ Atəşkəsdə Güzəşt Etmir

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsə zəng edərək Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşün gözləniləndən daha məhsuldar olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” mənbələrə istinadən yazır. Eyni zamanda, nəşr qeyd edir ki, Kremlin atəşkəslə bağlı hansı güzəştlərə getməyə hazır olduğu aydın deyil.

Çində sürətlə yayılan yeni virus məhdudiyyətləri geri qaytardı

Çində COVID-19-a qarşı tətbiq olunan genişmiqyaslı məhdudiyyətlər yenidən bərpa olunur. Tezadlar.az xəbər verir ki, ölkədə dişi ağcaqanad vasitəsilə yayılan və sürətlə yoluxan yeni Çikungunya virusu aşkar edilib. 126 milyon nəfər yaşayan Quanqdonq vilayətində sakinlər yenidən maska taxmağa başlayıb. Hakimiyyət orqanları sanitar qaydaları sərtləşdirərək, yeni məhdudiyyətlər tətbiq edib. Virus Hind Okeanı sahillərindən gəlmiş və orada artıq […]

“Qarabağ”ın Taleyinə Təsir Edəcək Matçda Qalib Müəyyənləşmədi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları üz-üzə gəliblər. Tezadlar.az xəbər verir ki, Razqrad şəhərində keçirilən ilk oyunda hesab açılmayıb. Qeyd edək ki, “Qarabağ” Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırarsa bu cütün qalibi ilə üz-üzə gələcək. Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə isə yoluna Avropa Liqasında davam edəcək və […]

Kürdəmir Yolunda Piyada Vurularaq Həyatını İtirdi

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Tezadlar.az”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub. Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım […]

Tramp Putin və Zelenski ilə Gizli Zirvə Görüşü Planlaşdırır

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə gələn həftə görüşmək istəyir.  “Tezadlar.az” xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən “The New York Times” məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, Tramp, Putin və Ukrayna Prezidenti Vlodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirmək niyyətindədir. Mənbə qeyd edir ki, Ukrayna və Rusiya liderlərinin […]

Gökhan Özoğuz və Farah Zeynep Abdullah “Günaydın Aşkım” filmində baş rollarda

Eşq yaşadıqları iddia olunan məşhur müğənni Gökhan Özoğuz və aktrisa Farah Zeynep Abdullah bir film layihəsində baş rolda oynayacaqlar.  “Tezadlar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir sevgi münasibətində olduqları barədə söz-söhbət gəzən ulduz müğənni ilə aktrisa Londonda görüntülənib. Onların bir film layihəsində birgə rol aldığı bildirilib. Bir neçə ay əvvəl 13 illik evliliyinə […]

Ombudsman Qutsulun hökmü ilə bağlı BMT-yə müraciət edib

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Moldova hakimiyyətinin Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula daha əvvəl çıxardığı hökmlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edib. “Qaqauziyanın qanuni yolla seçilmiş rəhbəri Yevgeniya Qutsula qarşı amansız ittiham hökmünün çıxarılmasını qanunun və ədalət prinsipinin kobud şəkildə pozulması hesab edirəm. Burada qanunun aliliyi, insan hüquqları, […]

Tramp Putin-Uitkoff görüşündə “böyük irəliləyiş” əldə edildiyini bildirib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Kremldə keçirilən görüşdə “böyük irəliləyiş” əldə olunub. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində deyib. “Böyük irəliləyiş əldə olunub!” – o yazıb. Trampın sözlərinə görə, o, Avropadakı bəzi müttəfiqlərinə görüşün nəticələri barədə məlumat verib. O qeyd edib ki, bütün tərəflər […]

Ağ Ev hesab edir ki, Putinlə Uitkoff arasında görüş yaxşı keçib

Vaşinqton administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş yaxşı keçib. Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi deyib. Onun sözlərini Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sitat gətirib. Bu əməkdaşın sözlərinə görə, görüş “yaxşı keçdi”. “Rusiya tərəfi ABŞ-la qarşılıqlı əlaqəni davam etdirməkdə maraqlıdır”, – […]

Qəzza havadan humanitar yardım göndərilməsini dayandırmağa çağırır – səbəb…

Qəzza zolağının Daxili İşlər Nazirliyi anklavın üzərinə havadan humanitar yardımın göndərilməsinə son qoymağa çağırıb, çünki bu, vəziyyəti daha da pisləşdirir və mülki əhali arasında itkilərin sayının artmasına səbəb olur. Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə departamentə istinadən xəbər verir. Qəzza Daxili İşlər Nazirliyi qeyd edib ki, “yardım almaq istəyərkən yaranan əzilmə nəticəsində” həlak olanların […]

Tramp və Zelenski danışdı

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin və özünün xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüşdən sonra danışa bilər. “Tezadlar.az” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti “X” sosial şəbəkəsində məlumat verib. “Trampın çərşənbə günü Uitkoffun Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”, – məlumatda deyilir. Qeyd edək ki, bu gün Uitkoff […]

ABŞ administrasiyası Uitkoffun Rusiyaya səfərinin mənfi nəticəsi ilə bağlı eyham vurdu

Xüsusi nümayəndə Stiven Uitkoffun Rusiyaya səfərindən sonra Vaşinqton mənfi bəyanatla çıxış edə bilər. Tezadlar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio etiraf edib. “Biz bunu gün ərzində müzakirə edəcəyik və ola bilsin, müəyyən açıqlamalar verəcəyik. Ola bilsin ki, müsbət olsun, ola bilsin, yox. Baxacağıq”, – ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib. O, bu […]

Qanada helikopter qəzası: İki nazir və daha 6 nəfər həlak oldu

Qananın müdafiə naziri Edvard Omane Boamu və ətraf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Məhəmməd daxil olmaqla səkkiz nəfər, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Tezadlar.az xəbər verir ki, bu barədə Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Culius Debra məlumat yayıb. “Helikopterdə olanların hamısı, yəni üç heyət üzvü və beş […]

Azərbaycanlı güləşçilər Bolqarıstanda dünya çempionatına hazırlaşır

Azərbaycanın qadın güləşçiləri növbəti təlim-məşq toplanışına başlayıb. Tezadlar.az xəbər verir ki, yığma avqustun 5-dən 20-dək U-20 Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və U-20 millisinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri […]

Sabit telefonlar üçün aylıq abunə haqqı müəyyənləşdi

Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı müəyyənləşib. Tezadlar.az-ın xəbərinə görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb. Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 […]

Şorbanı soyuducuda neçə gün saxlamaq olar?

Əslində, bu yeməyi soyuducuda saxlamaq üçün müəyyən bir müddət var. Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu müddət bitdikdən sonra supu yemək olmaz, çünki sağlamlığa zərər verə bilər. Gəlin baxaq, şorbanı soyuducuda nə qədər saxlamaq olar, nə zaman yemək olmaz və nə vaxt onu atmaq lazımdır. Şorbanı soyuducuda nə qədər saxlamaq olar? Orta hesabla bişmiş […]

TƏBİB-dən təkzib: Abşeron xəstəxanasında uşaq ölümü ilə bağlı yayılan məlumat yalandır

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Tezadlar.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. “Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb […]

Marko Rubio: “Bəyanat müsbət də ola bilər, olmaya da”

ABŞ Dövlət katibi Marko Rubio ölkə prezidentin xüsusi elçisi Stiv Uitkoff ilə telefon danışığı aparıb. Bu barədə Tezadlar.az xəbər verir. Rubio bildirib ki, ABŞ administrasiyası Uitkoffun səfərinin nəticələrini müzakirə edəcək və bəyanatla çıxış edə bilər. “Ola bilsin, bu, müsbət bəyanat olsun, amma ola bilsin, müsbət olmasın”, – dövlət katibi sözlərinə əlavə edib.

“Feyenoord” – “Fənərbağça” oyunu Azərbaycanda bu kanalda yayımlanacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Feyenoord” (Niderland) – “Fənərbağça” (Türkiyə) matçını Azərbaycanda yayımlayacaq telekanal bəlli olub. Tezadlar.az xəbər verir ki, tərəflər arasında ilk qarşılaşmanı TVNET SPORT vasitəsilə izləmək mümkün olacaq. Qeyd edək ki, “Feyenoord” – “Fənərbağça” görüşü bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Hindistan ABŞ-ə mövqe bildirdi

Hindistanın Xarici İşlər Nazirliyi Rusiya neftinin tədarükünə cavab olaraq ABŞ-nin Hindistan mallarına əlavə rüsumlar tətbiq etməsinə münasibət bildirib və bu cür hərəkətlərin ədalətsiz, əsassız olduğunu açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. “ABŞ bu yaxınlarda Hindistanın Rusiyadan neft idxalını hədəfə alıb. Biz artıq bu məsələ ilə bağlı mövqeyimizi açıq […]

Yadplanetlilər Yerə casus cihaz göndərir? – Alimlərdən təəccüblü fərziyyə

Alimlər bu yaxınlarda Günəş sisteminə daxil olan sirli ulduzlararası obyekt 3I/ATLAS-ın hələ noyabr ayında Yerə hücum planlaşdıran düşmən yadplanetli kosmik gəmi ola biləcəyini düşünürlər.  Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, əksər astronomlar onu adi bir kometa hesab etsələr də, yeni araşdırma obyektin yerdən kənar mənşəli olması fərziyyəsinə görə mübahisələrə səbəb olub. Alimlər qrupu 3I/ATLAS adlı […]

Avqustun 7-si üçün tibbi-meteoroloji proqnoz

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Soğanı uzun müddət saxlamaq üçün sadə, amma vacib qaydalar

Soğanın növbəti məhsula qədər saxlanması üçün müəyyən şərtlərə əməl etmək vacibdir. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, hətta ən dözümlü növlər belə, sadə, lakin əsas saxlama qaydaları bilinməzsə, tez xarab ola bilər. Soğanı uzun müddətli saxlamaq üçün nə etməli? Məhsul yığımı quru və günəşli havada aparılmalıdır. Soğanı torpaqdan çıxardıqdan sonra onu bir müddət elə yerində, yəni […]

Yamalın 10 nömrəli forması “Barselona” tarixində rekorda imza atdı

Lamin Yamalın geyindiyi “Barselona”nın yeni 10 nömrəli forması artıq klubun tarixinə düşüb.  Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, “Barselona” tarixində nəinki ən bahalı, həm də ən tez satılan forma olub. O, həm də La Liqanın ən bahalı oyun forması kimi tanınır. • Əsas fan versiyası – 114,99 avrodan • Yamalar və nömrə ilə tam […]

Nazilə Səfərlidən qalmaqallı açıqlama

Şair və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib. Tezadlar.az xəbər verir ki, o, dediyi “Toyda əlinizə verilən pulları xalqın gözünə soxmağınız sizin daxili kasıblığınızdan irəli gəlir” sözlərinin Şəbnəm Tovuzlunun ünvanına olduğunun yazan bəzi xəbər səhifələrini hədəf alıb. “Arzuxanımla, Canan zaur Kamalın komandası ilə Gürcüstana çəkilişə gəlmişdilər. Mən də ev yiyəsi, gürcüstanlı kimi qarşıladım. Maşında səmimi […]

Cənubi Afrika, Rusiya və Çin “Mosi 3” hərbi dəniz təlimlərinə hazırlaşır

Cənubi Afrika, Rusiya və Çin bu ilin noyabrında Afrika sahillərində “Mosi 3” (“Tüstü 3”) kod adlı birgə hərbi dəniz təlimləri keçirəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “DefenceWeb” xəbər portalı məlumat yayıb. Təlimlər Atlantik okeanında ev sahibi ölkənin – Cənubi Afrikanın sahillərinə yaxın ərazidə keçiriləcək. Təlimlərə Çin başçılıq edəcək. Təlimlərdə hansı gəmilərin iştirak edəcəyi hələlik açıqlanmır. […]

Efiopiyada insan alverçilərinə ölüm hökmü

Efiopiyada insan alverinə görə 5 nəfərə ölüm hökmü çıxarılıb. Bu, ölkə tarixində sözügedən cinayətə görə belə ağır cəzanın tətbiq olunduğu ilk haldır. Tezadlar.az xəbər verir ki, bu barədə “Africanews” xəbər portalı məlumat yayıb. Məlumata görə, beş nəfərdən ibarət qrup Qırmızı dəniz və Yəmən vasitəsilə Afrika buynuzundan Fars körfəzi ölkələrinə iş axtarmaq üçün gedən minlərlə miqrantın istifadə […]

Milorad Dodik referendum elan etdi

Serb Respublikasının (Bosniya və Herseqovina suveren ölkəsini təşkil edən iki siyasi qurumdan biridir – red.) Prezidenti Milorad Dodik referendum elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, Serb Respublikasında hakim koalisiya partiyalarının liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Dodik bu qərarı Bosniya və Herseqovina məhkəməsinin bir il həbs və 6 il siyasi fəaliyyətə qadağa […]

Trampdan sərt xəbərdarlıq

ABŞ Rusiya neftinin ölkələr tərəfindən idxalına nəzarət edəcək və onlara qarşı tədbirlər görəcəyini istisna etmir. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilən ABŞ lideri Donald Trampın müvafiq sərəncamında deyilir. ABŞ Prezidentinin sərəncamına əsasına, Ticarət Nazirliyi Dövlət Departamenti, Maliyyə Nazirliyi və digər strukturların yüksək vəzifəli şəxsləri ilə birlikdə Rusiya Federasiyasından birbaşa və ya […]

Ərdoğanın Ukrayna planına aydınlıq gətirildi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri hələlik planlaşdırılmır”.  “Tezadlar.az” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. Qeyd edək ki, avqustun 4-də Ərdoğanın Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Ukrayna lideri Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcəyi barədə xəbər yayılıb. Daha sonra Ukraynanın Türkiyədəki səfiri […]

Xəzərin su səviyyəsinin enmə səbəbləri dünyəvi problem kimi

Xəzər dayazlaşmaqda davam edir. Bu təbiətin zarafatı kimi də qəbul edilə bilər… Elə bunu aydınlaşdırmaq üçün Bakıda Xəzər dənizinin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək. Tezadlar.az xəbər verir ki, bunu BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasında Baş nazirin müavini Şahin […]

Xarici universitetə qəbul olub sonra Azərbaycana köçürülmək üçün nələr lazımdır?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair iddialara aydınlıq gətirib. Dövlət Agentliyinin yaydığı açıqlamadan bəlli olur ki, qaydalara əsasən, tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə […]

Tramp Hindistana əlavə 25% rüsum tətbiq edir

Vaşinqton administrasiyası Hindistanın Rusiya neftini alması ilə əlaqədar ona əlavə 25% rüsum tətbiq edir; digər ölkələrə qarşı da oxşar tədbirlər görülə bilər. Tezadlar.az xəbər verir ki, müvafiq sərəncamı ABŞ prezidenti Donald Tramp imzalayıb və Ağ Evin saytında dərc edilib. Sərəncamda qeyd edilir ki, Amerika lideri “Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən […]

Ermənistan XİN rəhbəri Mirzoyan Vaşinqtona gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vaşinqtonda olacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

Bakı-Keşlə xəttində təmir: Qatarların hərəkətində gecikmələr ola bilər

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. “Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur”,- məlumatda deyilir.