BMT-yə üzv olan 51 ölkənin birgə bəyanatında Ukraynanın tam, dərhal və şərtsiz atəşkəsə razı olduğu bildirilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, BMT Rusiyanı da eyni addımı atmağa çağırıb. Sənəddə, həmçinin Rusiyadan Ukraynaya saxlanılan, məcburi köçürülən və ya deportasiya edilən bütün mülki şəxslərin, xüsusilə uşaqların təhlükəsiz və şərtsiz geri qaytarılmasının təmin edilməsi tələb olunub.
BMT-yə üzv 51 ölkə Ukraynanın şərtsiz atəşkəsə razı olduğunu bildirib






