Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyul 2026 / 20:48

Boksçularımız Gürcüstanda 13 medal qazanıblar

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib.

Tezadlar.az xəbər verir ki, Azərbaycan millisi 5 ölkənin qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Yusif Həsənli (66 kiloqram) və Şükar Əliyev (80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Vaqif Məhəmmədli (50 kiloqram), Qardaş Rəhimov (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Saleh Fərəcov (80 kiloqram), Mehran Rəsulov (+80 kiloqram) ikinci, Aydın Şahbazov (46 kiloqram) və Sabir Rüstəmov (60 kiloqram) üçüncü yeri tutublar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!