İstehlakıçı hüquqlarının kobud surətdə tapdanmasına az qala hər addımda rast gəlirik. Amma bəzən elə aldatmalar ola bilir ki, o qədər də fərqində olmuruq. Və bəzən düşünürük ki, bu həyat və sağlamlığımıza risqli və ya təhlükəli deyilsə, «cəhənnəmə olsun!» deyərək aidiyyəti dövlət qurumlarına şikayətnamələrdən də vaz keçməli oluruq. Amma bu dəfə redaksiyamıza gətirilən bir məhsul barədə ictimaiyyəti məlumatlandırmaqdan vaz keçmədik… Söhbət ölkənin iri ticarət mərkəzlərinə yol açan «Boqatırskaə tuşonka»nın mənşəyindən gedir…
«Boqatırskaə tuşonka»nın ətdən xəbəri varsa…
Hələlik qısa olaraq deyək ki, redaksiyamıza müraciət edən paytaxt sakini E.Məmmədov şəklini və videogörüntüsünü təqdim etdiyimiz «tuşonka»nı bizə təqdim etdi. Əvvəlcə məhsulun üzərində yazılanlara diqqət yetirdik. Yazılır ki, guya bu tuşonkanı Rusiyanın «Orelprodukt» Səhmdar Cəmiyyəti istehsal edib və əsl qədim rus mətbəxinin məhsuludur və s.
Həmin tuşonkanın fotoşəkillərini təqdim edəcəyik və bütun məlumatlar rəsmi olaraq orada yazılıb.
Qayıdırıq tuşonkanın tərkibinə: şikayətçi E.Məmmədovun iştirakı ilə həmin məhsulu açıb içərisindəkinə baxırıq. Hansı ki, məhsulun üzərində yazılanlarda qeyd edilir ki, guya tuşonka ət parçalarından ibarətdir və s.
Redaksiyada məhsulu qızdırıcıda isidən kimi isə boz-bulanıq bir məhlulun şahidi olduq. Ətdən isə əsər-əlamət yox idi. Əksinə, məlum oldu ki, tuşonka heyvanın qır-qırıntılarından ibarət çürüntüyəbənzər bir qarışıqdan ibarətdir və s.
Bəs «Şam Fİ-İnterneşnl Tredinq Komnani» MMC bu məhsulun Bakıda yeganə dileridirsə, dadına və içərisinə baxmadan onu ölkəyə necə idxal edib?
Yaxşı, tutalım Rusiya şirkəti tərifli və bər-bəzəkli reklamlı məhsulunu istədiyi ölkəyə sata bilər. Bu onun vicdanına. Bəs bizim ölkəyə onu idxal edənlər necə, bu məhsulun keyfiyyət sertifikatının real məhsula uyğunluğunu öyrənmirlər ki?! Məsələ ondadır ki, həmin məhsulu (redaksiyamızın soyuducusunda saxlanılır) Azərbaycana idxal edən «Şam Fİ-İnterneşnl Tredinq Komnani» MMC-dir. Doğrudanmı MMC rəsmiləri bu məhsulu açıb dadına və etiketində yazılanlara uyğunluğunu müəyyənləşdirməyiblər?!
Bunu deyə bilmərik və araşdırmamız davam edir. Bəs ölkəyə gətirilən ərzaq məhsullarının keyfiyyəti necə, Gömrük Komitəsinin məntəqələrindəki laboratoriyalarda da yoxlanılmır? Bəlkə onun içərisinə narkotik doldurub gətirirlər? Hansı ki, kriminal statistikada belə hallara həmişə rast gəlinir…
***
İndi adı çəkilən məhsulun mənşəyini və keyfiyyətini, eləcə də etiketindəki cəlbedici təqdimatını aidiyyəti üzrə oxucuların ixtiyarına buraxırıq. Əgər adı çəkilən şirkət bu məhsulun Bakıda yeganə gətiricisidirsə, dadına və içərisinə baxmadan onu ölkəyə necə idxal edib?
Məsələyə dair aidiyyəti rəsmi qurumların da mövqeyini təqdim edəcəyik.
«Təzadlar»ın Araşdırma Qrupu