10 Fevral 2026 / 23:41

“BQ”nin 7 illik istiqrazlarının illik gəlirliliyi 15 % olacaq

“BQ” ASC “Bakı Fond Birjası” QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent tədavül müddətində qiymətli kağızları qarşılıqlı razılıq əsasında geri satın alına bilər.

Xatırladaq ki, “BQ”nin təsisçisi Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!