27 Fevral 2025 / 18:34

BŞİH paytaxtın 12 rayonunda 57 milyonluq layihənin icrasına başlayır – daha ətraflı yazıda

 Bakı şəhərinin bir sıra səki, həyət, park və xiyabanlarında təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.

TEZADLAR.AZ xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işlərə start verib.

Belə ki, sözügedən işlər Bakının 12 rayonunda – Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonlarının ərazisində icra olunacaq.

Qurum qeyd olunan rayonların ərazisində nəzərdə tutulan işlərin icrasının 57 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda park, bağ, həyət və səkilərdə bərpa və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!