7 May 2026 / 11:14

Bu dəfə də “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” mükafatını qazandılar

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!

Tezadlar.az  xəbər verir ki, Bakıda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə V Aqrobiznesin İnkişafı Forumu keçirilib.

Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, nazirliklərin tabeli qurumlarının, ölkədə fəaliyyət göstərən bankların, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə aqrobiznesin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi, iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərinin təkmilləşdirilməsində, məlumatlara əsaslanan qərarların qəbulunda və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına keçidində rolu diqqət mərkəzində saxlanılıb.

Forum çərçivəsində aqrar sahənin maliyyələşdirilməsi istiqamətində göstərdiyi davamlı və fəal dəstəyə görə Bank Respublika “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” nominasiyası üzrə mükafata layiq görülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!