Əsas məzmuna keç

BU İL AKİA-NIN TEXNİKA SATIŞI ÖTƏN İLKİNDƏN XEYLİ ÇOXDUR

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5251 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki,

bu da bir il öncəki göstəricini 88,7 faiz üstələyir.

TEZADLAR.AZ Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən xəbər verir ki, cari ilin ilk beş ayında aqrar sektorda fəaliyyət göstərən 1645 fiziki və hüquqi şəxsə 31,8 milyon manat məbləğində güzəştli kredit verilib.

Bunun 27,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 4,1 milyon manatı isə mikrokreditlərdir.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…