25 Noyabr 2025 / 16:22

Bu marketlərdə istifadə müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkarlanıb – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Masallı rayonunun Bədəlan kəndində fəaliyyət göstərən Məmmədzadə Ənvar Vüqar oğluna məxsus marketdə və Mahmudavar kəndində fəaliyyət göstərən fiziki şəxs Əliyev Afər Ağamməd oğluna məxsus “Meyvəli” marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə AQTA-nın məlumatında deyilir.

Belə ki, marketlərdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkarlar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!