Əsas məzmuna keç

BU ÖLKƏNİN QIŞI KEÇİRƏ BİLƏCƏK QƏDƏR QAZ EHTİYATI YOXDUR

“Hazırda Almaniyanın qaz anbarları Rusiyadan qaz verilmədən qışı keçirə biləcək qədər dolu deyil”.

Bu sözləri Federal Şəbəkə Agentliyinin (Almaniya tənzimləyicisi – Report) rəhbəri Klaus Müller “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Qaz anbarları demək olar ki, 65% doludur. Bu, əvvəlki həftələrlə müqayisədə yaxşıdır, lakin hələ də Rusiya qazı olmadan qışdan çıxmaq üçün kifayət deyil. “Şimal axını” qaz kəmərində profilaktik işlər cümə axşamı başa çatdırılmalıdır. Bundan sonra qazın kəmərdən keçib-keçməyəcəyindən çox şey asılıdır ”, – deyə o, əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…