Əsas məzmuna keç

BU RAYONLARIN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ

“Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar avqustun 17-si saat 08:00-dan, “Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşfiqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən Tezadlar.az-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Balakən rayonunun bir hissəsinin, paytaxtın Abşeron rayonunun Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun isə 28 May qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…