Əsas məzmuna keç

Çakır obrazının məşhur aktyoru zəhərləndi

Türkiyəli məşhur aktyor Oktay Kaynarca qida zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, səhər saatlarında səhhətində narahatlıq hiss edən aktyor həkim müayinəsi üçün xəstəxanaya gedib və müalicəyə başlayıb.

İlkin müayinələr zamanı qida zəhərlənməsi şübhəsi üzə çıxıb və ona müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, müalicə prosesi uğurla davam edir və aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma müşahidə olunur.

Qeyd edək ki, O.Kaynarca Türkiyənin tanınmış televiziya və kino aktyorudur. O, “Kurtlar vadisi” serialındakı “Çakır” obrazı ilə məşhurdur./yenisabah/

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…