Əsas məzmuna keç

Çarles Muzellinin şirkəti Azərbaycandakı fəaliyyətini dayandırır

“Engie E and P Absheron B.V.” Məhdud Məsuliyyətli Cəmiyyətinin 9MMC) Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbai̇l rayonu, Ni̇zami̇ küçəsi, ev 90A, mənzil 90A ünvanına bildirə bilərlər.

2010-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınan şirkət filialının qanuni təmsilçisi Çarles Muzell adlı şəxsdir.

“Engie E and P Absheron B.V.” Niderlandda qeydiyyatdan keçmiş şirkətdir. Şirkət Fransanın “ENGIE” enerji qrupunun strukturuna daxildir.

Şirkət Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsində pay sahibi olub.

ENGIE 2017-ci ildə “Abşeron” layihəsindəki iştirak payını sataraq layihədən çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…