Əsas məzmuna keç

CAVİD QURBANOV “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-NİN SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Tezadlar.az xəbər verir ki, sərəncamda deyilir:

“Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…