Əsas məzmuna keç

Cəbrayıl polisi Biləsuvarda narkotiklə bağlı əməliyyat keçirib – Vüqar Quluzadə saxlanılıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Tezadlar.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib.
 O qeyd edib ki, keçirilən tədbir zamanı şübhəli şəxs – Vüqar Quluzadə saxlanılıb.
“Onun idarə etdiyi nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir”, – deyə Mətbuat Xidmətinin rəisi qeyd edib .
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…