Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda verdiyi konsertə bir çox sevənlərinin sevinclə üz tutduğu Türkiyəli müğənni Çeliklə bağlı söz-söhbət yaranıb. Sevənlərinin bir çoxu ondan inciyib, narazı qalıb… Səbəbi isə Çeliyin bir çox tamaşaçısının onunla şəkil çəkdirmək istəyinə sərgilədiyi münasibət olub.
Tezadlar.az xəbər verir ki, sənətçinin tamaşaçılara hörmətsizlik etdiyi görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, sənətçi onunla foto çəkdirmək istəyən tamaşaçıları itələyib, onlara kobud davranıb.
Çelik barəsində yayılan bu söz-söhbətlə bağlı paylaşım edib. O, video yayımlayaraq “Çelik Bakıda niyə əsəbiləşdi? Siz olsanız nə edərdiniz?” sözlərini yazıb. Görüntüdə tamaşaçılardan birinin onun koftasından dartıb, şəkil çəkdirmək üçün ona oxumağa imkan vermədiyi əks olunub:
“Məni sevən və az da olsa izləyən demək olar ki, hər kəs bunu bilir. 40 ildir hədiyyə qəbul etmirəm və şəklimin çəkilməsindən zövq almıram. Mümkün qədər bundan qaçıram. Bunun müxtəlif səbəbləri var. Digər səbəb isə 58 yaşımda uzun səyahətlərdən və hazırlıqlardan sonra, bir çox müğənnilərdən fərqli olaraq, iki saat canlı çıxış etməyim və tər içində olmağımdır. Ona görə də bu vəziyyətdə insanlara toxunmaqdan çəkinirəm.
Dünən bir qrup tamaşaçı səhnə arxası çıxışımıza necəsə çatmağı bacardı və içərilərindən bir səs dedi: “Məndə dördüncü mərhələ xərçəng var, xahiş edirəm sizinlə şəkil çəkdirmək istəyirəm”. Eqomu kənara qoyub dərhal şəkil çəkdirdim. Digər pərəstişkarların “Siz ayrı-seçkilik edirsiniz, bu ədalətsizdir! Bir daha sizin konsertlərinizə gəlməyəcəyik!” kimi sözlər dediklərini eşitdim. Buna cavab verməkdə çətinlik çəkirəm. Dördüncü mərhələ xərçəng”.
