Əsas məzmuna keç

Dövlət çəltik əkən fermerlərə dəstək verəcək – hər hektara 380 manat

2026-cı təsərrüfat ilində çəltik əkinlərinin hər hektarına görə fermerlərə 380 manat dövlət dəstəyi veriləcək.

TEZADLAR.AZ   Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq təkrar çətlik əkinlərinə görə isə fermerlərə 120 manat subsidiya verilməsi nəzərdə tutulur.

Bu bitki üzrə subsidiya yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında aparılan çəltik əkinlərinə görə ödəniləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…