Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli aktrisa Cemre Baysel növbəti dəfə əməliyyat keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında paylaşım edib.
27 yaşlı aktrisa bir neçə gün əvvəl qadın xəstəliyi ilə əlaqədar əməliyyat olunub. O, tətil planlarını da bu səbəbdən təxirə saldığını bildirib.
Sosial şəbəkə hesabında paylaşım edən Cemre Baysel əməliyyatın uğurla başa çatdığını deyib. Aktrisa zarafatla anesteziyadan ayılan kimi ilk olaraq paxlava yemək istədiyini bildirib.
Qeyd edək ki, Cemre Baysel ötən il də səhhətində yaranan problemlə əlaqədar əməliyyat keçirmişdi. Aktrisanın sinəsində səkkiz il ərzində böyüməyə davam edən şiş cərrahi yolla götürülmüşdü.
