Əsas məzmuna keç

Çimərlik ölmüş suitilərin cəsədləri ilə dolub

Xəzər dənizi sahili yenidən nəsli kəsilməkdə olan suitilər üçün qəbiristanlığa çevrilib

Hazırda Dağıstan çimərliklərində əsl ekoloji fəlakət baş verir.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, Xəzər dənizi sahili yenidən nəsli kəsilməkdə olan suitilər üçün qəbiristanlığa çevrilib.

Yerli sakinlər ölmüş suitilərin cəsədlərinin dəhşətli görüntülərini çəkiblər; hazırda onların sayı təxminən 40-dır. Mütəxəssislər suitilərin mövsümi miqrasiyasına başladığını və onların marşrutlarının dəniz dibindən güclü təbii qaz tullantılarından keçə biləcəyini deyirlər.

Səbəb seysmik aktivlikdir. Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bunun belə olub-olmadığını müəyyən edəcəklər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…