4 Fevral 2026 / 14:58

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb – ASAYİŞİN HESABATI

Ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Tezadlar.az  xəbər verir ki, bu barədə daxili İşlər Nazirliyinin 3 fevral tarixinə olan Hesabatında deyilir.
“Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb”, – deyə qeyd edilib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!