Çinin şərqindəki Ciansi əyalətində baş verən torpaq sürüşmələri və palçıq axınına görə 15 mindən çox sakin təxliyə edilib.
Tezadlar.az xəbər verir ki, sentyabrın 5-də Suyçuan rayonunun Minken kəndində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 12-yə çatıb, bir nəfər hələ də itkin hesab olunur.
Bir neçə gün davam edən leysan yağışlardan sonra rayonun Cuoan və Tanhu şəhərlərində baş verən torpaq sürüşmələrindən sonra bir nəfərin öldüyü, 2 nəfərin isə itkin düşdüyü bildirilib.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları, yolların möhkəmləndirilməsi və təkrar baş verə biləcək fəlakətlərin qarşısının alınması işləri davam edir.







