Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 07:39

CNN: İsrail yaxın günlərdə işğal olunmuş ərazilərinin bir hissəsini Livana qaytaracaq

Kanal ABŞ administrasiyasının rəsmisinə istinadən ABŞ Mərkəzi Komandanlığının bu məsələ ilə bağlı tərəflərlə işlədiyini aydınlaşdırıb

İsrail yaxın günlərdə nəzarəti altında olan bəzi əraziləri Livana təhvil verməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmiyə istinadla məlumat yayıb.

Məlumata görə, ilk “pilot zona” bir neçə gün ərzində Livanın nəzarətinə qaytarılacaq. ABŞ Mərkəzi Komandanlığı növbəti mərhələdə digər ərazilərin də təhvil verilməsi istiqamətində İsrail və Livanla işləyir.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton Livan hökumətinin həmin ərazilərdə suverenliyini bərpa etməsinə dəstək vermək məqsədilə beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyi planlaşdırır.

Qeyd olunur ki, məsələnin müzakirəsi gələn həftə Romada tərəflərin nümayəndələri arasında keçiriləcək qapalı görüşdə davam etdiriləcək.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!