Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyul 2026 / 20:24

Daşkəsəndə sürücü ölmüş heyvanı yolda sürüdü

Daşkəsən rayonunda ölmüş heyvanı avtomobilə bağlayaraq yolda sürüyən şəxsin görüntüləri ictimai narazılığa səbəb olub.

Tezadlar.az xəbər verir ki, hadisə ilə bağlı daxil olan məlumata görə, sürücü ölmüş heyvanı avtomobilinin arxa hissəsinə bağlayaraq yol boyu sürüyüb.

Əldə olunan məlumata əsasən, nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini V.Tağıyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilib. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!