Əsas məzmuna keç

DÇ-2026: Argentina İngiltərəyə qalib gəldi: növbəti finalçı oldu

Nəhayət, futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub. Tezadlar.az xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Halbuki matçda hesabı ilk açan İngiltərə komandası idi: 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran “tanqoçular” arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər. Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…