Əsas məzmuna keç

Dəməşqin mərkəzində güclü partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqin mərkəzində güclü partlayış baş verib.

“Dəməşqin Mazzeh bölgəsində mənşəyi məlum olmayan güclü partlayış baş verib”, – Tezadlar.az Suriyanın SANA dövlət agentliyinə istinadən xəbər verir.

Səs şəhərin müxtəlif yerlərində eşidilib.

İlkin məlumata görə, əldəqayırma partlayıcı qurğu dayanmış avtomobildə partlayıb. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

Daha əvvəl bildirilmişdi ki, zavodda baş verən partlayışdan sonra Ryazan vilayətində matəm elan edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…