Deputat 30-dan çox seçicisini qəbul edib- müraciətlərlə bağlı qərarlar qəbul edib

Oxunma sayı: 125
Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı 30-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.

 Tezadlar.az   xəbər verir ki,  bu sözləri  deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında  bildirib.
“Həmyerlilərimizin müraciətləri iş yerini dəyişmək, əlillik dərəcəsinin alınması, məşğulluq, mənzil təminatı, torpaq məsələləri, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq. Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə o qeyd edib.
JASMİN
Xəbəri paylaş

22 Aprel