Əsas məzmuna keç

Deputat Aqil Abbas spiker qalmaqalına aydınlıq gətirdi…

Xəbər verildiyi kimi, iki gün əvvəl millət vəkili Aqil Abbasın parlamentdəki çıxışı qalmaqal yaratmışdı, kimi deputatı, kimi də onun Ağdamda ev məsələsini qaldırmasını sərt formada cavablayan spiker Sahibə Qafarovanı sərt tənqid etmişdi… Tezadlar.az xatırladır ki, deputat Aqil Abbas bu gün sosial mediada məsələyə dair öz şəxsi qənaətini bölüşüb. Sitat: “Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir. Hörmətli Sahibə xanım bizim sədrimizdir və irad bildirməkdə haqlı idi. Çünki o an “Pulsuz hüquqi yardım haqqında” qanunun müzakirəsi idi. Mən o fikirlərimi cari məsələlərlə bağlı deputatlara yarım saat vaxt ayrılanda bildirməli idim”.

Sitatın sonu!

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…