Tezadlar.az xəbər verir ki, deputat Vüqar Bayramov Milli Məclisin sonuncu iclasında ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı təklifini təqdim edib.
Deputat xatırladıb ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.
O, diqqətə çatdırıb ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə ediləcək.
“2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla – 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”, – deyə o vurğulayıb.
Y.Məmmədli