…Maraqlıdır, deputat Razi Nurullayevin fikrincə, Azərbaycanda xalqın əksəriyyəti paxıl və qısqancdır. Buna görə hansısa varlı adamın başına faciə gələndə sevinirlər. Tezadlar.az bildirir ki, o, bu sözləri Lent.az saytına söyləyib. Nurullayev deyib: “- Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var. Hansısa imkanlı şəxsin başına bədbəxt hadisə gələndə, insanlar ona sevinirlər və qarğış etməyə başlayırlar. Mənə elə gəlir ki, ideoloji boşluqları doldurmaq lazımdır. Cəmiyyətin gözləntilərinə uyğun mövzuları vəzifəli şəxslərin, deputatların dilindən gündəmə çıxarmaq lazımdır”.
Bizcə, Azərbaycan xalqı heç vaxt halal pul qazananların paxıllığını çəkməyib, çəxməz də… Haramçılıq olan yerdə paxıllıq meydana çıxır!
A.Məmmədli