Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Türkiyə Superliqasının 34-cü turunda keçirilən “Fənərbaxça”- “Beşiktaş” derbisində (0:1) qonaqların futbolçusu Gedson Fernandensə lazer işığı tutan şəxs saxlanılıb.
“ezadlar.az” xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi açıqlama yayıb.
“Matçın 36-cı dəqiqəsində “Beşiktaş”ın heyətində Gedson Fernandes adlı futbolçunun penalti zərbəsini yerinə yetirərkən üzünə lazer işığı tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, bunu edən B.Y. adlı şəxsdir.
Həmin şəxsə 1 il ərzində stadionlara girmək qadağan edilib”.