Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 May 2026 / 23:24

Dilənçidən Cem Yılmaza sərt reaksiya

Məşhur türkiyəli komediya ustası Cem Yılmaz stomatoloji müalicədən çıxdıqdan sonra küçədə gözlənilməz və xoşagəlməz bir hadisə ilə qarşılaşıb.

Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, narkozun təsiri altında olan və danışmaqda çətinlik çəkdiyini bildirən sənətçi avtomobilinə doğru hərəkət edərkən ona bir dilənçi yaxınlaşıb və pul istəyib. Cem Yılmazın heç bir reaksiya vermədən yoluna davam etməsi qarşı tərəfi hiddətləndirib.

İstədiyi köməyi ala bilməyən dilənçi onun arxasınca uca səslə, “Bir kömək etsənə, Allah bəlanı versin!” deyə qışqırıb.

Qeyd edək ki, Cem Yılmazın ötən il lentə alınmış bu görüntüləri yenidən sosial şəbəkələrdə gündəm olub və geniş müzakirələrə səbəb olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!