Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 15:50

DİQQƏT: Daha 7 növ mənşəyi naməlum olan saxta alkoqollu içki aşkarlandı – FOTOLAR

Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Əhmədov Pərviz Ədalət oğluna və Abbasov Fərhad Zeynalabdin oğluna məxsus marketlərdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki,  həmin marketlərdə “Gradus”, “Wheat Water”, “Документ”, “Сибирячка”, “Organic”, “Губернаторская”, “Мужское Достоинтсво” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!